"İqlim dəyişiklikləri bütün bəşəriyyətin varlığını hədələyir" - EKSPERT RƏYİ

“COP29 sözsüz ki, çox böyükmiqyaslı bir tədbirdir və tarixi əhəmiyyətlidir. Çünki müasir dünyanın ən ağır problemi iqlim dəyişiklikləri və onların fəsadları ilə mübarizədir. Çünki başqa növ cinayətlər konkret məsafələr, müəyyən yerlərə, bir qrup insanlara təsir göstərdiyi halda iqlim dəyişiklikləri bütün bəşəriyyətin varlığını hədələyir. Bu dəyişikliklər, onun fəsadları ilə mübarizə hər bir dövlətin və millətin marağında olan bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi dövlətin dünyada adını, nüfuzunu daha da güclənməsinə şərait yaradacaq: “Nəzərə almalıyıq ki, bu 90 mindən artıq qonağın iştirak edəcəyi tədbir olacaq. Azərbaycanın bu qədər xarici qonağa müəyyən müddətdə xidmət göstərmək, onların fəaliyyətini təşkil etmək kiçik bir iş deyil. Amma Azərbaycan sözsüz ki, bunu bacaracaq. Bu da ölkəmizin inkişafında, dünyadakı nüfuzunda mühüm rol oynayacaq. Çünki indiki şəraitdə belə bir tədbiri öz öhdəliyinə götürmək istəyən ölkələr o qədər də çox deyil. Dünya dövlətləri bu gün mümkün qədər qazıntı yanacaqlarından mümkün qədər enerji mənbələrinə keçməyi planlayırlar. COP29-un ölkəmizdə keçirilməsi, həm də Azərbaycanın alternativ enerjiyə keçiddə nə qədər maraqlı olduğunu göstərmiş olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə