Mağazada sındırdığımız əşyaya görə məsuliyyət daşıyırıq? - AÇIQLANDI

Yəqin ki, bir çoxumuz ömrümüzdən ən azı bir dəfə müxtəlif mağazalarda hər hansı bir əşyanı bilmədən sındırmışıq. Bəs, bu halda sındırdığımız əşyaya görə məsuliyyət daşıyırıqmı? SİA mövzu ilə bağlı hüquqşünas Şamil Paşayevin fikirlərini öyrənib.


Onun sözlərinə görə, ictimai iaşə obyektlərində, mağazalarda şəxs əgər mülki hüquq pozuntusu törədirsə, yəni zərərçəkənə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlər edirsə, məsuliyyət daşıyır: “Təqsirli şəxs əmlakların dəyərini ödəməlidir. Ancaq nəzərə almaq lazımdır ki, bu ictimai iaşə obyektlərindəki şəxs birbaşa ziyan və zərər vurulmasıyla nəticələnməyən və eyni zamanda, ehtiyatsızlıqdan, yaxud da xidmətin qüsurundan hər hansı bir zərərvurma istəmədən həyata keçirilirsə, belə olan halda həmin xidmətin və yaxud da malın, məhsulun, qiymətin zərərini ödəməli deyil”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə