Banka qoyaq, qoymayaq? - ZİYANI VƏ FAYDALARI - HƏKİM DANIŞDI

“Havaların kəskin dəyişdiyi zaman insan orqanizmində də müəyyən dəyişikliklər baş verir. Xüsusən də insan orqanizmi bu mühitə özünü adaptasiya etmək üçün enerji sərf edir ki, bu da immun sistemini zəiflədə bilər. Ona görə də fəsil dəyişdiyi zaman insanların xəstələnməsi təbii haldır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, əlavə olaraq bütün dünyada olduğu kimi, havaların soyuması ilə əlaqədar insanlar artıq qapalı məkanlarda toplaşmağa başlayırlar: “Belə şəraitdə infeksiya, viral xəstəliklərin yayılması ehtimalı artır. Bəzən insanlar müəyyən türkəçarələrdən xüsusən banka qoyulması kimi üsullardan istifadə edirlər. Qeyd edilənlərin immun sistemini gücləndirmək kimi bir xüsusiyyəti yoxdur. Yaxud da xəstədə əzələ ağrısı və ya gərginliyi varsa fizioterapiya müalicəsi almaq daha məqsəduyğundur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə