"Könüllü olmaq ilk növbədə insanın özünü tapması üçün vacib bir amildir" - QURUM RƏSMİSİ AÇIQLADI

"Azərbaycanda könüllülük inkişaf etməkdədir və tam sürətlə davam etdir". Bu fikirləri SİA-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə baş meneceri Tural Hümbətov bildirib.

Onun sözlərinə görə, bunun ilkin adddımlarından biri də Avroviziya yarışından qaynaqlanır: "Amma könüllülüyün Azərbaycanda inkişaf etməsi Avropa oyunlarında başlamışdır. Çünki Avropa oyunlarında ümumilikdə 18 min könüllü iştirak etmişdir. Təşəkkür əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən könüllülərə təşəkkürnamə verildi. Bu da könüllülərdə əlavə motivasiya yaratdı. Bu gün təsadüfi deyil ki, müxtəlif səhalərdə könüllülük inkişaf edir və könüllülər istər dövlət sahələrində, istərsə də sosial sahədə iştirak edirlər. Onlar əllərindən gələn işin ən yaxşısını etmək istəyirlər. 2020-ci il ölkə başçısı İlham Əliyev tərəfindən Könüllü ili elan edilmişdir. Bu da könüllülərə verilən dəyərin böyük göstəricisidir.

Könüllü olmaq ilk növbədə insanın özünü tapması üçün vacib bir amildir. Hər kəs könüllü ola bilmir. Könüllü olmaq üçün ilk növbədə istək və motivsya önəmlidir. Könüllü olmaq insanın sosial məsuliyyətini artırır. Eyni zamanda onun fərdi və peşəkar fəaliyyətinə zəmin yaradır. Fərqli sahələrdə özünü təkmillşdirir, yeni dostlar qazanır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə