"Keçmiş həyat yoldaşım anamın sayəsində kişi oldu" VİDEO

Əməkdar artist Gövhər Rzayeva verilişlərin birində keçmiş həyat yoldaşından söz açıb. SİA-nın məlumatına görə, qarmon ifaçısı 28 il evli olduğu keçmiş əri haqqında inanılmaz etiraflar edib: "Keçmiş həyat yoldaşım və mən başqa mühitlərdə böyümüşdük. Bizə 5 il lazım idi ki, xasiyyətlərimizə öyrəşək, bir-birimizi tanıyaq, başa düşək.

Mən də onunla ailə quranda pul qazanan bir xanım idim. Heç kimə ehtiyyacım yox idi. Bu sənəti mənə verdiklərinə görə valideynlərimə Allahdan rəhmət diləyirəm. Çünki bu cür sənətim var. Qarmon ifaçısı olmasaydım, heç kim idim. Məni əllərimə görə tanıyıblar.

Keçmiş ərim mənimlə evlənəndə işləyirdi. Amma ailə qurandan sonra işə getmədi. Hər gün ailəmizdə dava idi. Fikirləşdim ki, ailəyik. Problem etməyim. Amma mən işə gedəndə hər zaman ona deyirdim ki, mən çöldə oluram. Bir tikə çörək pulu qazanıram. Sən də evdən müğayət ol. İmkan vermə ki, nəsə sınsın, qırılsın, dağılsın. Amma onun üçün heç bir fərqi yox idi. Onun əlindən boğaza yığılmışdım. Məni bu sözlərimə görə heç kim qınamasın. Çünki həyatda başıma gələnləri danışıram.

28 il onunla evli oldum. Hər zaman keçmiş həyat yoldaşıma deyirdim ki, anamın sayəsində kişi olmusan. Onunla xeyli vaxt nikahda olmağıma səbəb anam idi. Çünki anam deyirdi ki, bizi hər kəs tanıyır. Camaatdan ayıbdır, ailəni dağıtma".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...