Demet Özdemir Bakıda geyindiyi paltarının və çəkməsinin qiyməti bəlli oldu FOTO

Xəbər verdiyimiz kimi, “Altın Kelebek”in builki siması aktrisa Demet Özdemir Bakıya gəlib. SİA-nın məlumatına görə, Demet geyimi ilə diqqətəri üzərinə cəlb edə bilib. “İnstagram”da “Kim haradan geyinir” səhifəsi aktrisanın tədbirə geyindiyi ağ kostyumunun və eyni rəngdə uzun çəkmələrin qiymətini açıqlayıb.

Demetin ətəyi “Balmain” markasına məxsusdur. Dəyəri isə 992 manatdır. Gümüşü düymələr ilə bəzədilmiş ağ pencək də eyni markaya məxsusdur. Qiyməti 1731 manatdır. O, geyimini tamamlamaq üçün dəyəri 896 manatlıq “Parixtexas it”dən olan ağ çəkmələrdən istifadə edib.

Ümumilikdə aktrisa geyiminə 3619 manat pul xərcləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə