Murad Arif: "Bizim tayfa emosionaldır"

Aparıcı və müğənni Murad Arif son zamanlar şou-biznesdə yaşanan qalmaqallardan bəhs edib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri deyib: "Heç vaxt unutmayın ki, hər sahədə ləyaqətsiz və tərbiyəsiz adamlar var! 1-2 nəfərin sayəsində, "Artistlər belədir, Efirdəkilər elədir" fikrinə düşməyin... Bizim tayfa emosionaldır, ya hisslərini cilovlaya bilmir, ya da düşüncələrini... İnsan xisləti peşəyə baxmır. Tərbiyə, əxlaq, məsuliyyət, ciddiyət, namus, ehtiras insan dəyərləridir. İnsan xislətidir... Peşəylə əlaqəsi yoxdur. Məşhurlar sadəcə olaraq göz önündədir, ictimaidir...”.

Bütün xəbərlər Facebook səhifəmizdə