Kərim: "Özümü, ailəmi, övladımı, valideynlərimi təhqir edirlər"

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov oğlu Yusifə ad günü edib. SİA-nın məlumatına görə, Kərim ad günündən sonra övladının nəzərə gəldiyini bildirərək, xəstə olduğunu söyləyib: "Hər il doğum günü keçirmək və insanları ətrafıma yığmağı sevmirəm. Hamının problemi var, hər kəs pulunu əziyyətlə qazanır. Yusifimin 1 yaşını qeyd etdim və bu ad günü hər yerdə bölüşüldü, “Facebook”dan tutmuş “Youtube”yə kimi... Şərhlərə baxıram ki, özümü, ailəmi, övladımı, valideynlərimi təhqir edirlər. Mənim ailəm, valideynlərim sizə nə ediblər ki, bu qədər söyüş yiyəsi olublar. Hələ də şokdayam, ayıla bilmirəm. Məni təhqir edirsizsə, edin. Başa düşdüm ki, bu millət düzələn deyil. Sizin kimi şərəfsizlərlə bir torpaqda yaşamağa, hava almağa xəcalət çəkirəm. Ay bic balalar, ailəmlə nə işiniz var? 1 yaşlı Yusifim sizə nə edib? Sizin kimilərin yanında nə günahı olub? Sizin qarğışlarınızdan, söyüşlərinizdən, nəfsinizdən oğlum 10 gündür ki, xəstəlikdən ayıla bilmir. Bu günümə sevinən mənim ürəyimdən su içsin. Görsün ki, nələr çəkirəm. Kim ki, ailəmə toxunsa, iki əlim yaxasında olacaq. Bu qədər alçaq olduz? Hələ o, 1 yaşlı mələkdi. Danışanda müğənniləri bəyənmirsiz, amma biz heç kəsin ailəsini söymürük. Bizim tərbiyəmiz var”.

Bütün xəbərlər Facebook səhifəmizdə