Hadisənin reklamı üçün yarım ton sudan istifadə olundu FOTOLAR

Türkiyəli müğənni Hadisənin reklamı üçün yarım ton sudan istifadə olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Fənərbaxça parkında reallaşan çəkiliş 11 saat davam edib. Müğənni 1,2 milyon TL qonorar aldığı reklam filmində bacısı Derya Açıkgözün hazırladığı paltarı geyinib. Belçikalı reklam rejissoru Bruce Parramorenin və 125 nəfərlik nəhəng bir heyətin təşkil etdiyi reklam filmində yarım ton mədən suyundan istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə