Ayrıldıqları deyilən cütlük birlikdə görünüb

Tanınmış \"Hollywood\" aktrisası 38 yaşlı Yeva Mendes və məşhur aktyor, 31 yaşlı Rayan Qoslinqin ayrıldıqları haqda şayə gəzirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlük ABŞ-ın Nyu-York şəhərində əl-ələ gəzərkən görülüb.

Nəzərinizə çatdıraq ki, E.Mendes həftə ərzində \"Metropoliton" muzeyindəki \"Kostyum İnstitutu Qalası"na tək getməsi cütlüyün ayrılmağına səbəb kimi göstərilmişdi.

Qeyd edək ki, R.Qoslinq ilə E.Mendes 8 aydır ki, birlikdə yaşayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə