Məşhur reperin meyiti qarajdan tapılıb

…Yekaterinburqlu məşhur reper, MC Bandit kimi tanınan Aleksey Brajnikov ölü tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ura.ru xəbər verir.

Nəşrin mənbəsinin məlumatına görə, 40 yaşlı sənətçinin meyiti Yekaterinburqun Uralmaş rayonundakı qarajda tapılıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.

Musiqiçinin ölümü ilə bağlı məlumatı yaxınlarından biri təsdiqləyib.

Repçi son trekini 2024-cü ilin fevralında buraxəb.

MC Bandit reper Vitya AK-47 və "Eastern District" qrupu ilə əməkdaşlıq edib və o, həm də öz səsyazma studiyasını açıb. Brajnikovun bir oğlu olduğu bildirilir. Daha əvvəl məlum olmuşdu ki, qalmaqallı reper Afrikada gələcəyin şəhəri quracağına söz veribmiş.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə