Necati Şaşmazın başına xoşagəlmız hadisə gəlib - FOTOLAR

"Kurtlar Vadisi" serialının əfsanəvi aktyoru Necati Şaşmazın başına xoşagəlmız hadisə gəlib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ulduzun Gerededəki "Novawood" adlı taxta palet fabrikində yanğın baş verib. Fabrikin istehsal sahəsindən kənarda silosların içindəki çiplər yanıb. Yanan çiplər partlayışa səbəb olub. Vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Xoşbəxtlikdən heç kim yaralanmayıb.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarətə götürülüb və vəziyyət nəzarət altına alındıqdan sonra fabrikdə istehsal davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə