Baş rolda Burak Özçivitin oynadığı "Kuruluş Osman” serialının heyətində aktyor dəyişikliyi olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, "Kuruluş Osman” serialı oktyabr ayında ATV telekanalında tamaşaçıların görüşünə gələcək.
İddialı epizodlarla tamaşaçıların görüşünə gələcək serialda Germiyanoğulları ailəsinin "Yakup bəy" obrazını canlandırmaq üçün usta aktyor Altan Gördüm razılaşıb. Ailənin digər üzvü Səadət Hatunu Sevil Akı, Mehmet bəyi isə Emre Dinler canlandıracaq. Gözəl aktrisa Belgin Şimşək ailənin qızı Qoncanı canlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə