Alla Qryaz kəndindəki qala-evini niyə sata bilmir?

Alla Puqaçova və Maksim Qalkinin Qryaz kəndindəki qonşusu niyə heç kimin onların qala-evini almadıqlarını bildirib.

Qeyd edək ki, cütlük İsrailə köçdükdən sonra şəbəkədə hərdən mülk satışı ilə bağlı söz-söhbətlər peyda olur. Ancaq kənd sakinlərindən birinin “Moskovskiy Komsomolets”in jurnalistlərinə verdiyi məlumata görə, belə nəhəng evin satılacağı ehtimalı yoxdur. SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Alla və Maksimin qonşusunun dediyinə görə, bu evi heç nəyə almazlar. Şünki bu heykəl kimə lazımdır? Altı mərtəbədən əlavə, aşağıda bir neçə mərtəbə də var. O vaxt bu evin tikintisinə heç bir yerli sakini də işə götürmürdülər. Ukrayna və Belarusdan gətirilən fəhlə əməyindən istifadə edirdilər. Ancaq prosesə rus ustası rəhbərlik edirdi.

Bunu Alla Borisovnanın qonşularından biri deyib.

Qeyd edək ki, əvvəllər Qalkin və Puqaçovanın malikanəsinin keçmiş poliqonun yerində tikildiyi deyilirdi. İndi də, hətta qala-evin kazarmalarla həmsərhəd olduğu da deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə