Şəhid Allahverdi Allahverdiyevin adını daşıyan bulağın açılışı olub FOTOLAR

II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhidin ailəsinin yaşadığı Xəzər rayonu, Şağan -1 qəsəbəsində bulaq inşa edilmişdir. 28 sentyabr 2022 -ci il tarixdə bulağın açılışı olmuşdur. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçisi Salahov Elşən, Rayon İcra Hakimiyyətlərinin məsul işçiləri, ziyalılar, vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun düşmən üzərində parlaq Qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin bu şanlı tarixdə əbədi xatirələrinin olduğu diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə