"Rusiyanın Ukraynaya yönələn ildırım sürətli hərbi əməliyyatları nəticəsini vermədi". Bunu SİA-ya açıqlamasında Politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Rusiyanın qələbə qazanmaq və Kiyevdə parad keçirmək planı reallaşmadı: "Bununla da bəlli oldu ki, Rusiya nəinki 3 gün ərzində hətta 40 gün ərzində belə Ukraynanın ən böyük mərkəzi şəhərlərinin işğalına nail ola bilmədi. Yeganə işğal etdiyi vilayət Xersondur ki, artıq Xersonun mərkəzinə doğru Ukrayna qoşunları əməliyyat keçirərək irəliləyir. Ola bilsin ki, Xersonda işğalçılardan azad olunacaq. Ona görə də Rusiya bütün mərkəzi şəhərlərdən xüsusilə də şimal istiqamətində olan Kiyev və Çerniqovdan qoşunlarını geri çəkdi. Rusiya qarşıya qoyduğu heç bir hərbi siyasi hədəfi həyata keçirə bilmədi. Birinci mərhələnin sona çatması ilə bağlı Rusiyanın gücü çoxdur və irəlidə öz hərbi siyasi hədəflərinə çatacaq kimi beynəlxalq ictimai rəydə görüntü yaymaq istəyir. Artıq bu fikirləri beynəlxalq birliklər ciddi olaraq qəbul etmir. Çünki Ukrayna ilə müharibədə bəlli oldu ki, Rusiyanın ordusu o qədərdə güclü deyil. Düşünürəm ki, ikinci mərhələ Donbas və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatması və gələcək prespektivdə referendum keçirməklə Rusiyaya birləşdirilməsini təmin etməkdən ibarətdir. Rusiya Ukraynanı parçalanmaq niyyətindədir. Şimal istiqamətindən geri çəkilən Rusiya qoşunları yenidən qruplaşdırılaraq cənub və şərq istiqamətlərində göndərilir. Ukrayna ordusunu mühasirəyə almaq istəyindədirlər. Bunun üçün yenidən qruplaşmış ordu Xarkova hücum planlaşdırır. Əlbəttə ki, Ukrayna da bu hücumları qarşısını almaq üçün silahları və hərbi texnikası mövcuddur. Bilirsiniz ki, ABŞ başda olmaqla digər ölkələrdə Ukraynaya silah yardımı göstərir. Bugün silahlar çatışmazlığı ilə bağlı Ukraynanın ciddi problemi yoxdur. Sanksiyalara görə Rusiya ehtiyyat silah yığa bilmir. Çünki Rusiya xammalları sanksiyalara görə ala bilmir. Həm canlı qüvvə, həm də texnika baxımından Rusiyanın müharibəni davam etdirmək imkanları məhdudlaşır. Rusiyanın itkiləri hesablanmayacaq qədər çoxdur. Rusiya rəhbərliyi də Rusiyanın bu çətin vəziyyətindən xəbərdardır. Zərərləşdirilən hərbi texnikaların sayı 2600 yaxınlaşır. 150 dən çox hərbi təyyarə, 125 hərbi helikopter məhv edilib. Müxtəlif çaplı raket sistemləri zərərsizləşdirilib. Buna görə də Qərbin arxasında dayandığı Ukrayna ordusu ilə Rusiyanın uzunmüddətli müharibə aparama ehtimalı zəifdir. Rusiyanın hərbi uğur qazanması ehtimalı hər gün daha da azalır. Ona görə də müharibənin bitmə ehtimalı çoxdur. Burada yəni müharibənin dayanmasında Putinin istəyi önəm daşıyır. ABŞ və İngiltərə müharibənin davamlı olmasında maraqlıdır. Beləliklə Rusiyanın rəqib olaraq aradan çıxartsınlar. Rusiyanın bütün resurslarını və ehtiyyat gücünü tamamilə tükətsinlər. Rusiya ən azından yaxın 10 ildə özünə gələ bilməsin. Ukrayna rəhbərliyi isə belə düşüncədə deyil. Çünki dağıdılan şəhərlərin və öldürülən əsgərlərin vəbalı Ukrayna prezidenti Zelenskinin vicdanındadır. Bu məsuliyyəti üzərinə götürmək Zelenski üçün çox çətindir. Ona görə də Zelenski Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması şərti ilə müharibəni dayandırmağa və sülhə hazırdır. Zelenski yalnız Vladimir Putin bu yöndə siyasi iradə ortaya qoysa, danışıqlara hazırdır. Lakin Putin anlayır ki, ciddi uğurlar olmasa bu Rusiyada Putin rejminin sonu deməkdir. Rusiya ictimaiyyəti Putindən qələbə gözləyir. Vladimir Putinin orduya göstərişi ilə Moskvada keçiriləcək 9 may paradına qədər kiçik də olsa hərbi uğurların əldə olunması lazımdır. Bu da yalnız Donesk və Luqansk inzibati ərazi sərhədlərinə çatmaqla bu uğuru əldə etmək olar. Ancaq bu qısa zaman ərzində həyata keçirilməsi böyük suallar doğurur. Çünki Rusiya Mariapol şəhərini darmadağın etsə də Azov polkunu Rusiyaya təslim edə bilməyib. Ayrıca Xarkovun işğal olunmasıda çox az ehtimal olunur. Bu konteksdə düşünürəm ki, Rusiyanın hərbi uğurları şübhəli görünür. Belə olduğu təqdirdə Putin Rusiya əhalisinə kiçik də olsa qələbə təqdim etməsə, Rusiya da Putin rejminə inam sarsılacaq. Beynəlxalq birliklər Rusiyanı hərbi tribunalla hədələyir. Bu iddalar səslənərkən yeni ərazilər gözləntisində olan Rus xalqı var. Onların narazı qalmasından Putin ehtiyyat edir. Bu müharibədə hərbi siyasi hədəflərə Rusiya çata bilməyəcək. Müharibə Putin rejminin sonu ola bilər. Təbii ki, bu yaxın bir necə ayda baş verməyəcək. Lakin potensiyal olaraq bu Putin rejminin sonu olacaq. Çünki Rusiya həm siyasi, həm də iqtisadi həm mədəni səviyyədə bütün dünyadan izoliya olunub. Belə vəziyyət Rusiyanı uzunmüddətli dircəlişini təsəvvür etmək olmaz. Bu müharibədə yeganə uduzan Rusiyadır. Çünki Müharibə bitsə belə yaxın 10 ildə Rusiyanın iqtisadi dircəlişini təmin etmək olmayacaq. Putinin uğurları qısa müddətdə xərclənib. Müharibə davam edəcəksə Rusiyanın resursları bitəcək. Rusiya iqtisadiyyatının çöküşü də ciddi şəkildə proqnozlaşdırılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB