“Dinamika yarada bilsək, bu halda...”

"Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm”.

SİA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçi görüşündən sonra mətbuata bəyanatında deyib.

“Bizim strateji müttəfiqimiz olan Rusiya Federasiyasına bu təşəbbüsə görə bir daha təşəkkür etmək istəyirəm. Fikrimcə, əgər bu görüşün bazasında bizim söhbətimizin müəyyən dinamikasını yarada bilsək, onda konkret nəticələr də gözləmək olar. Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm və bizim hədəfimiz budur. Əlbəttə, bugünkü görüşümüz bu gündəliyin reallaşmasının xeyrinə oldu”, – deyə Paşinyan qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə