ABŞ-la sıx əməkdaşlığa başlamalı və ... - ŞƏRH ÖZƏL

“ADA Universitetində prezident İlham Əliyevin ABŞ administrasiyasının Qarabağla, xüsusilə Azərbaycanla siyasətində planın olmadığını qeyd etdi. Halbuki Qarabğada Azərbaycanın zəfəri və regionda yeni geosiyasi şərtlərin yaranması Vaşinqtonun maraqlarına cavab verir. Amma Ağ Ev hələki Yerevanla təmas yaradıb və Minsk qrupunun həmsədri kimi növbəti mərhələdən çıxış etmək istəyir. Amma, bunu bir tərəfli şəkildə etmək istəyir və Yerevanla kordinasiyaya üstünlük verir. Təbii ki, bu uğurlu olmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, Prezidentin ABŞ administrasiyası ilə bağlı mövqeyi xüsusi əhəmiyyət kəsb edir: “Çünki ABŞ administrasiyası Azərbaycanla əməkdaşlığı azalan xətlə davam edir. Ümumiyyətlə demokratların hakimiyyəti dönəmində ABŞ Azərbaycan əlaqələrində yüksək səviyyədə əməkdaşlıq nəzərə çarpacaq dərəcədə olmur. Buna baxmayaraq hər iki ölkə enerji, bəynəlxalq terrorizm və Əfqanıstana ABŞ hərbi yüklərin daşınmasında əməkdaşlıq edir. Artıq Bayden adminstrasiyası Əfqanıstandan hərbi qüvvələrini çıxarmaq üçün plana malikdir. Avropa ilə sıx əməkdaşlıq edərək, öz neft və qaz məhsullarını qitəyə satır. Beynəlxalq terrorizmə qarşı mübarizə əvvəlki illərdə qalaraq aktuallığını qorumur. İranla ABŞ arasında nüvə sazişi ilə bağlı danışıqlar gedir. Belə olan təqdirdə Azərbaycana əməkdaşlıqda prioritet olan sahələr öz aktuallığını itirir. ABŞ uzun illərdir Əfqanıstana yüklərin daşıması, Avropanın enerji ilə təmini məqsədilə Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verib. Həmçinin Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərib. Hazırda Qarabağ münaqişəsində Minsk qrupunun fəaliyyəti dayanıb. Artıq bu mövzular gündəlikdən çıxmaqla, Vaşinqtonun Azərbaycan siyasəti dəyişir. Ona görə də Azərbaycan ABŞ-la yeni bir siyasi mərhələyə keçid etməlidir”.

M.Əsədullazadə vurğulayıb ki, erməni lobbisi Konqresində anti-Azərbaycan siyasəti aparır: “Azərbaycana ayrılan 100 milyon hərbi yardımın dayandırılması və Qarabağda separatçılara maliyyə yardımının ayrılması üçün çalışılır. Durub, gözləməməliyik ki, Bayden regiona diqqət ayıracaq və Azərbaycanın regionda aparıcı ölkə olmasına görə yüksək səviyyədə dəstək verəcək. Bu yanaşmanı Ağ Evdən gözləməyə dəyməz. Vaşinqtonla sıx əməkdaşlığa başlamalı və maksimum bundan Ermənistanın yararlanmasına imkan verilməməlidir. Rusiya da çalışır ki, regionda ABŞ-ın geosiyasi mövqeyi, Azərbaycanla əlaqələri zəifləsin. Ölkə daxilində islahatlar və siyasi-iqtisadi açılımlar etməklə, Vaşinqtonla yeni bir əməkdaşlıq səhifəsi açıla bilər. Oturub gözləməli deyilik ki, dörd ildən sonra respublikaçılar hakmiyyətə gələcək, bizimlə əməkdaşlıgı inkişaf etdirəcək. Bəlkəm, demokratlar bir neçə il hakimiyyətdə qaldı. ABŞ-la siyasi -iqtisadi əməkdaşlığin yüksək səviyyədə davam etdirilməsini dəstəkləyir və ölkədə islahatlarin beynəlxalq əməkdaşlıq mühitində Azərbaycanın mövqeyinin güclənməsində görürəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə