Peskov “İskəndər” raketi məsələsi ilə bağlı açıqlama verib

Bakının Qarabağda “İskəndər-M” raket parçalarının tapılması ilə bağlı məlumatları ilə əlaqəli mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur. SİA TASS-an istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı mətbuata açıqlama verib.

"Hərbi müstəvidə yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur" deyə Kremlin nümayəndəsi Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığında “İskəndər” qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığını sualına cavab verib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə