ABŞ ilə müqavilənin uzadılması tapşırığı verildi Putin tərəfindən

Putin Xarici İşlər Nazirliyinə ABŞ ilə Nüvə Arsenalların Azaldılması müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparmağı tapşırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya prezidentinin tapşırığı hüquqi məlumat portalında dərc edilib.
Bundan əlavə, tapşırıqda qeyd olunur ki, bir razılığa gəldikdən sonra Xarici İşlər Nazirliyi bir razılaşmanın bağlanmasını təmin etməlidir.
Xatırladılır ki, Putin ABŞ prezidenti Co Bayden ilə Nüvə Arsenalların Azaldılması müqaviləsinin uzadılması barədə razılığa gəlib və ratifikasiya üçün uzadılmaya dair bir razılaşma Federasiya Şurasına təqdim edilib. Bu gün layihə nəzərdən keçirilə bilər. Xarici işlər nazirinin müavini Sergey Ryabkov prezidentin təşəbbüsünü millət vəkillərinə və senatorlara təqdim edəcək.
Qeyd olunur ki, Putin hökumətin, Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirlərinə dair 2010-cu il tarixli müqavilənin uzadılmasına dair beynəlxalq müqavilə bağlanması təklifini qəbul etmək tapşırğı verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...