Ərdoğan Marselin ermənilərə verilməsi təklifini dəstəklədi Anadolu Ajans

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Milli assambleyasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərəzli qətnaməni sərt şəkildə tənqid edib. SİA Anadolu Ajans-a istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Fransa Dağlıq Qarabağ məsələsindəki ortaqlıq mövqeyini bütünlüklə itirib.

Cənab Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin ikinci erməni dövlətinin yaradılması üçün Fransanın Marsel şəhərinin ermənilərə təhvil verilməsi təklifinə də dəstəyini ifadə edib.

Xatırladaq ki, qardaş Türkiyənin dövlət başçısı xanımı ilə birlikdə Bakıda qələbə münasibəti ilə keçiriləcək Hərbi Paradda iştirak edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə