Vəziyyət nəzarətdən çıxır Ermənistan Ətraf Mühit Nazirliyi

Qarabağ münaqişəsi zonasında döyüş meydanında meyitlərlə bağlı vəziyyət nəzarətdən çıxır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Ətraf Mühit Nazirliyi bəyan edib.
Məlumata görə, qeyd olunur ki, humanitar fəlakət gözləniləndir və bu, yoluxucu xəstəliklərin yayılması da daxil olmaqla ciddi ekoloji problemlərə səbəb ola bilər. Nazirlik tərəfindən təhlükənin bütün Ermənistanı əhatə edəcəyi xəbərdarlığı da edilir. Nazirlik, humanitar və ekoloji fəlakətlərin riskini azaltmaq üçün qətiyyətli tədbirlər görülməsinin vacibliyini bildirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...