Ermənistan rəhbərliyi çaxnaşmalardan narahatdır

Azərbaycan Silahlı Qüvvələri yaşayış məntəqələrinə daxil olurlar, orada döyüşlər olur, bu da Ermənistan vətəndaşlarına pis təsir edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsrun Ovannisyan söyləyib.

“Yaşayış məntəqələri uğrunda şiddətli döyüşlər gedir. Çaxnaşmaya düşməməyinizi və çaxnaşma yaymamağınızı xahiş edirik”, dedi Ovannisyan.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə