Ermənistan dünyanın ən aqressiv ölkəsidir! Gallup 's Global Emotions

Gallup 's Global Emotions 2019 sorğusu əsasında ötən ildə dünyada aşırı aqressivlikləri ilə seçilən ölkələrinin siyahısını hazırlanıb. SİA xəbər verir ki, siyahının ilk üçlüyündə 45 faizlə Ermənistan, 44 faizlə İraq, 43 faizlə isə İran yer alıb.

Sözügedən sorğuya əsasən, Cənubi Qafqazdakı digər qonşumuz - Gürcüstanda aqressivlik 27 faizi təşkil edir.

Gallup 's Global Emotions 2019-un sorğusunda Azərbaycan həm regionda, həm də dünyada ən sakit ölkələrdən biri hesab olunur.

Xatırladaq ki, qurumun 2018-ci il hesabatında da Ermənistan aqressiya ölkəsi kimi yüksək yerlərdən birini tuturdu.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...