"Ermənistan etdiklərinin əvəzini ödəyəcək" Türkiyənin Müdafiə naziri

Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovla heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı Hulusi Akar son proseslərlə bağlı Ermənistana xəbərdarlıq edib.

O bildirib ki, Ermənistan törətdiyi təxribatların əvəzini mütləq şəkildə ödəyəcək. Müdafiə naziri Tovuz istiqamətindəki təxribatların Türkiyə tərəfindən qətiyyətlə pisləndiyini əlavə edib. Nazir, şəhid olmuş Azərbaycan Silahlı Qüvvələri əsgərlərinin qanını yerdə qalmayacağını deyib: "Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Demək istərdim ki, onların qanı yerdə qalmayacağına əminik. Biz, "Bir millət iki dövlət" olduğumuzu bütün qəlbimizlə inanırıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə