Vətəndaş Bakı şəhərini yalnız bu icazə növü ilə tərk edə bilər

"Artıq ezamiyyətlərlə bağlı da icazə növü mövcuddur" SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

O bildirib ki, icazələr 16 şəhər və rayonda işləyən təşkilat və əməkdaşlar üçündür: "Lakin, iş fəaliyyətinə icazə verilmiş Bakını tərk etmək üçün icazə almaq istəyən şəxslər yalnız ezamiyyət bölməsindən qeydiyyatdan keçirilməlidir. Bunun üşün artıq xüsusi ezamiyyət bölməsi yaradılıb və ezamiyyat imkanı verilən şəxslərin ezamiyyət müddəti, həmçinin ezamiyyət əmrində qeyd edilən məlumatlar bölmədə qeyd edilməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə