Ermənilər ilk növbədə özlərinin törətdikləri cinayətlər haqqda düşünməldirlər - ŞƏRH ÖZƏL

"Yada salmaq lazımdır ki, Strasburq məhkəməsinin vaxtilə "Çırağov və başqaları Ermənistana qarşı" işiylə bağlı qərarı bizim xeyrimizə olan, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təsdiq edən bir qərar idi. Görünür bu qərar ermənilərin yadından çox tez çıxıb". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, digər tərəfdən onu da demək olar ki, AİHM-nin Azərbaycanla bağlı axırıncı qərarı o demək deyil ki, Azərbaycanın maraqlarına zərbə vura bilər: "Orada müəyyən maddələr var və həmin maddələr o qədər də erməni tərəfinin maraqlarını qane etmir. Yəni, həmin qərar çox ehtiyyatla qəbul olunan qərardır. Onu da unutmaq olmaz ki, ermənilərin bu cür iddialarla çıxış etməyə heç bir əsası və hüququ yoxdur. Azərbaycanlılara qarşı etnik təmizləmə ilə məşğul olan erməni siyasətçiləri və siyasi dairələrinin, 7 rayon işğal altında saxlayanların, qaçqınlara və yerli əhaliyə işgəncə verənlərin bu cür iddialarla çıxış etməsi ikrah hissi doğurur. Sağlam düşüncəli insanların bu məsələyə münasibəti əlbəttə adekvat olmalıdır".

F.Sadıqov vurğulayıb ki, onların bu cür iddialar qaldırmağa heç bir hüsusi əsasları yoxdur: "Əvvəla Macarıstan və Azərbaycan arasında ekstradisiya haqqında müəyyən sazişlər var və bu sazişlər əsasənda Ramil Səfərov Azərbaycana qaytarılıb. İkincisi dünya praktikasında dövlət başçılarının hər bir məhbusu əfv etməyə tam hüquqi ixtiyarı var. Bu heç kəsdən asılı olmayan qərardır və heç bir qurumdan bunun üçün icazə alınması gərəkmir. Ölkə Prezidenti bu cür qərarı heç kəslə razılaşaraq almır. Ona görə də bu cür siyasiləşmiş qərarların qəbul olunması qeyri-adekvat reaksiya doğurur. Düşünürəm ki, ermənilər ilk növbədə özlərinin törətdikləri cinayətlər haqqda düşünməldirlər və həmçinin bu münaqişəyə son qoyulması üçün yollar axtarılmalıdır. Azərbaycanın topaqları azad olunması, işğal olunmuş rayonlardan qaçqın düşən insanlar öz yurd-yuvalarına qayıtması məsələsi gündəmdə olmalıdır. Əsas reallıq və əsas müzakirə məsələsi bunlardır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə