Səfirlikdən "ermənilərə yardım" iddialarına cavab: - "Türkiyə Ermənistana hər hansı bir yardım etməyib"

Ermənistanın dolayı yolla Türkiyədən yardım istəməsi və Türkiyənin də bununla əlaqədar yardım göndərib-göndərməyəcəyi barədə bir neçə gündür mediada xəbərlər yayımlanıb. Bu xəbərlərə istinadən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti açıqlama verib.

SİA-nın məlumatına görə, açıqlamada deyilir: “Mediada yayılan iddialarla bağlı sizə aşağıdakı məlumatları vermək istərdik: Türk səlahiyyətliləri insani kömək olaraq Türkiyədə yaşayan 70 nəfərə qədər erməni vətəndaşının Gürcüstan üzərindən ölkələrinə dönmələrini təmin edib. Bunun xaricində Ermənistana hər hansı bir kömək yoxdur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə