Kimlər və niyə əfv sərəncamından narahatdır? ANALITIK

Yaxud, Əli Kərimli, Arif Hacılı, Gütləkin Hacıbəyli və s. kimi cəmiyyətə təhlükəli olanlar öz aqibətlərini düşünsünlər

Ölkədə humanizm prinsiplərinin reallaşdırılması ənənə şəklini alıb və burada dövlət rəhbrliyinin bilavasitə şəxsi iradəsi, əsasən də insan amilinə yüksək qiymət verməsi, onu dəyərləndirməsi faktoru dayanmaqdadır. Zaman-zaman, xüsusilə əlamətdar günlərdə imzalanan əfv sərəncamları yalnız azadlığa çıxanları deyil, onlara görə narahat olan ailələrinə də sevinc bəxş edir.

Lakin bu dəfə imzalanan sərəncam humanizmin daha bir tərəfini nümayiş etdirdi – yaşları 65 və daha yuxarı olanların koronavirus təhlükəsi səbəbindən azadlığa buraxılmaları həm də onların həyati təhlükələrinin qarşısını almağa yönələn addım olaraq qiymətləndirilir. Çünki bildiyimiz kimi, koronavirus infeksiyasının məhz yaşı insanları daha tez yoluxması faktı təsdiq edilib və bu baxımdan, onların əfvə düşərək, həmin təhlükədən maksimum şəkildə qorunmaları da bu anlamı daşımaqdadır. Habelə, A.Çovdarovun üzərk xəstəsi olması da bəllidir və bu amil onun azadlığa buraxılması üçün vasitə olmaqla yanaşı, həm də törətdiyi cinayətin ağırlıq dərəcəsi də onun azadlığa buraxılmasına mane olmur. Ümumiyyətlə nə o, nə də S.Qurbanov artıq cəmiyyət üçün təhlükə mənbəyi deyillər.

Ancaq göründüyü kimi, indi də bu humanist addımı öz təbirlərincə siyasiləşdirən dağıcıdı müxalifət ünsürləri dərhal sosial şəbəkələrdə A. Çovdarovun, yaxud Sübahir Qurbanovun nəyə görə azadlığa buraxılmaları ətrafında dırnaqrarası, öz çirkin məqsədlərinə yönəlmiş fərziyyələr irəli sürəmkdədirlər. Bunun da bir ucunu necə deyərlər, aparıb-bağlayırlar "siyasi məhbus" adlandırdıqları radikallara, məsələn sözün əsl mənasında qanqsterlik edən Tofiq Yaqubluya və ictimai asayişi, qanunları pozanlar və s... Halbuki, yaşları 65-dən yuxarı olan və azalığa buraxılan insanlar yalnız bu iki şəxsdən ibarət deyil. Onların arasında digər insanlar da var.

Göründüyü kimi, Əli Kərimli, Arif Hacılı, Gütləkin Hacıbəyli, Eldəniz Quliyev, Vidadi Mirkamal və onların trolları dərhal məsələni siyasi müstəviyə keçirib, bu humanizm addımını kölgədə qoymağa cəhd göstərirlər. Məqsəd isə bəllidir, növbəti sifariş!

Əslində belələri anlamalıdırlar ki, cəmiyyət üçün hərəsinin öz təhlükələri var. Hətta T.Yaqublu hələ bunların yanında necə deyərlər toyagetməlidir. Əli Kərimli və başqaları isə açıq-aşkar düşmən mövqeyində dayanırlar və əslində xalqa, cəmiyyətə daha çox təhlükə yaradırlar. Dövlətçilik maraqlarımıza zərbə vurmaq cəhdləri buna sübutdur. Bu baxımdan, yazşı olardı ki, laf-luf cəhdləri ilə sosial şəbəkələrdə var-gəl etməkdənsə, öz təhlükələri barədə düşünsünlər.

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, bu məsələdə Vidadi Mirkamal daha çox özünü dağa-daşa çırpır. Halbuki, onun özü cəmiyyətə nə qədər təhlükəli olduğunu unudur. Ailəli bir xanımı toruna salıb, bütöv bir ailəni dağıdandan zatən başqa hər hansı insanlıq addımını gözləməyə də dəyməz. Cəmiyyətə də ən çox təhlükəli olanlar məhz onun özü və onun kimi radikal tör-töküntülərdir!

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə