"Qabaqlayıcı tədbirlər bəhrəsini verir" ÖZƏL-ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsal edən fabrikin açılışını edib. Dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vaxtda qısa bir zamanda tibbi maska və dizenfeksiya vasitələri istehsal edən sahələrin istifadəyə verilməsi Azərbaycanda hər bir həssas dövr üçün istehsal sahələrini qurmağa imkan verən infrastrukturun formalaşması deməkdir. Təbii ki, müasir dövrün çağırışlarına cavab verən infrastrukturun ölkəmizdə formalaşması cənab İlham Əliyeviin uzaq görən siyasətinin sayəsində meydana gəlib". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, tibbi spirtin və tibbi maskaların ölkəmizdə istehsalı ölkədə bu vasitələrə olan tələbatını ödəməklə idxaldan asıllığının aradan qaldırılması deməkdir: "Yəni, bütün dünyada bu vasitələrin çatışmamazlığı yaşanır və o cümlədən ölkəmizdə də müəyyən çətinlik yaşandı. Amma yeni istehsal xətlərin istifadəyə verilməsi bu sahədəki problemin kökündən həll olunmasına gətirib çıxaracaq. Tibbi spirt heç bir problem olmadan apteklər şəbəkəsində satışdadır. Tibbi maskalar da bir neçə gündə ölkə təlabatını tam ödəyəcək. Fabrikin açılışında cənab Prezident tibbi maska və dizenfeksiya vasitələrin qiymətlərini süni artıran şəxslərin ciddi cəzalandıracağını xüsusilə qeyd etməsi bu vasitələrin qiymətlərində qiymət artımların olmayacağını və aşağı qiymətlərlə vətəndaşların ala biləcəyi deməkdir. Ümumiyyətlə, koronavirus ÜST tərəfindən qlobal pandemiya elan ediləndən sonra dövlətimiz dərhal qabaqlayıcı tədbirlərə başlayıb. 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsinə istiqamətləndirildi. Bu günlərdə açılışı olmuş ən yeni xəstəxana da koronavirusa yoluxanların müalicəsinə verildi. Yenə 3 mobil xəstəxananın qısa bir zamanda tikilməsi nəzərdə tutulub. 15 mindən çox xaricdə yaşayan vətəndaşlarımız təxliyyə olunaraq müasir istirahət mərkəzləri və otellərdə karantinə yerləşdirildi.

Cənab Prezident dövlətin bütün resurslarını koronavirusa qarşı mübarizəyə yönəltmişdir və ciddi mübarizə tədbirləri görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu sahədə xəstələrin və dünyasını dəyişənlərin sayının azlığına görə ən qabaqcıl yerlərdədir. Dünya üçün çətin belə bir zamanda Azərbaycanda koronavirusa qarşı görülən tədbirlər və bu pandemiyadan əziyyət çəkən sahələrə dövlətin maliyyə yardımlarının göstərilməsi dövlət başçısının siyasətinin təməlində vətəndaşının sağlamlığını və sosial rifahının dayanmasını bir daha göstərdi. Bununla yanaşı vətəndaşlar da öz üzərinə düşən sosial məsuliyyəti ciddi nizam-intizamla riayət etməklə xidmət göstərməlidir. Biz bir yerdə güclüyük!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə