“Human Rights Watch” Ermənistanla bağlı hesabat yaydı Hüquqlar pozulur

Ermənistan parlamenti tərəfindən "Fövqəladə vəziyyət rejimi" və "Elektron kommunikasiyalar" haqqında qəbul edilən qanun düzəlişləri şəxsi həyatın toxunulmazlığını məhdudlaşdırır. SİA xəbər verir ki, "Human Rights Watch"ın hesabatını aysor.am saytı yayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin qəbul etdiyi qərar mobil telefonlarda istifadə edilən məlumatları izləmək imkanı verir və hakimiyyət bunu koronavirus infeksiyasının qarşısının alınması məqsədi daşıdığını iddia edir.

"Human Rights Watch" təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Georgi Qoqiyanın sözlərinə görə, Ermənistan hökuməti ictimai sağlamlıq sahəsində fövqəladə vəziyyətlə qarşı-qarşıya qalıb və texnologiyalar burada mühüm rol oynayır, ancaq bununla yanaşı, hakimiyyət həmin müstəvidə insanların hüquqlarını pozan qərarlar qəbul etməməlidir. Belə ki, əldə edilən məlumatlar delikat və şəxsi məlumatlar da ola bilər ki, bu da mobil telefon istifadəçilərinin şəxsi həyatlarına müdaxilə hesab edilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...