"Dağıdıcılıq radikal qüvvələrin ənənəsidir" -ÖZƏL AÇIQLAMA

Seçkilər siyasi təşkilatlar üçün mübarizə meydanıdır. Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor hesab edirki, hər bir siyasi təşkilat öz mübarizliyini, gücünü, sosial bazasını ortaya ata, göstərə bilər: “Təbii ki, bəzi radikal qüvvələr yəqin ki, hansısa sosial bazaya malik olmadıqları üçün indidən cığallıq edirlər. “Mən də varam, amma gücüm yoxdur”- deyə düşünərək öz prinsiplərinə sadiq qalıb baykot taktikasını seçiblər. Bu onlarda artıq ənənə halını alıb. Bildiyiniz kimi bu birici dəfə deyil və bir çox seçkilərdə bu cür addımları mütəmadi olaraq atıblar”.

V.Rəhimzadə vurğulayıb ki, onların ümumiyyətlə, nə sosial bazasının varlığı, nə onların siyasi gücü, nə də siyasi təşkilat kimi mövcudluğu var: “Onların bu cür hərəkətləri siyasi arenada var olmalarını birmənalı şəkildə sual altına alır. Bütün bunlar hamısı reallıqdır. Həqiqətən də onların hər hansı bir sosial bazası, bir dayağı, ictimai dəstəyi varsa, buyursunlar, seçkilərdə iştirak etsinlər. Təbii ki, bütün bu keyfiyyətlərə malik olmadıqları üçün bu əməlləri törətməyə cəhd edirlər. Dağıdıcılıq bu radikal qüvvələrin adət-ənənəsidir. Bu prinsiplə də onlar özlərinin hansı qabiliyyətə, səriştəyə malik olduqlarını hər zaman nümayiş etdiriblər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...