Ermənilər həm özlərini, həm də Paşinyanı ittiham edirlər ANALİTİK

Armenianreport: “Hər kəs gördü ki, Rusiya trekindəki iflas bütün hallarda gerçəklikdir”

Rusiya prezidenti Vladimir Putinin Yerevana səfəri və həmin səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın düşdüyü alçaldıcı durum bu gün də Ermənistan mediasının və ictimai dairələrinin ən çox müzakirə olunan mövzusuna çevrilib. SİA xəbər verir ki, bu barədə armenianreport portalının siyasi şərhçisi Qalust Qriqoryan “Təhlükəli opatiya” başlıqlı məqaləsində yazıb. Belə ki, müəllif, Rusiyanın “Kommersant” qəzetində Putinin Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Ermənistana səfərini və Yerevanın “Dvin” mehmanxanasındakı 10 dəqiqəlik ayaqüstü görüşünü şərh edən “Politekonomiya” araşdırmalar isntitunun politoloqu Benyamin Matevosyanın fikirlərini xatırladıb.

“Nikol Paşinyanın Vladimir Putinlə “Dvin” mehmanxanasının divarları arxasında, həmçinin Rusiya prezidentinin ikinci prezident Robert Koçaryanın arvadı Bella Koçaryanla görüşündən sonra getdiyi və Yerevanın “Zvartnots” hava limanında keçirdiyi 10 dəqiqəik görüşləri yalnız protokol foto-videoçəkilişlərlə məhdudlaşdı. Göründüyü kimi, yığılmış problemlərin müzakirəsi baş vermədi”, deyə Matevosyan Rusiya nəşrinə danışıb.

“Artıq elə də yeni olmayan rəhbərlik iki stulda oturmaq qərarına gəldi”

Beləliklə, həmin məsələlərin şərhini edən erməni müəllif yazır ki, faciə yalnız Putinin Paşinyanı şkar şəkildə futbol topu kimi kənara atmasında deyil, faciə ondadır ki, Ermənistanın baş naziri situasiyanı belə bir rüsvayçılığa qədər gətirib-çıxarıb. SİTAT: “Təsir etmək deyil, hər zaman bir xətti tutmaq lazım idi. Özünü Avropaya doğru gedən demokratiya tərəfdarı adlandırmaqdansa, məhz həmin yolla get, heç haraya dönmə və putinli Rusiyanın dediklərinə diqqət yetirmə. Axı onlar hər zaman vardırlar, onlar bütün hallarda da var olacaqlar”.

Q.Qriqoryan ölkəsinin rəhbərliyinə istehzalı münasibət sərgiləyərək daha sonra yazır: “Ölkənin yeni, hansı ki, artıq elə də yeni olmayan rəhbərliyi iki stulda oturmaq qərarına gəldi. Hakimiyyət özünü və bizim cəmiyyəti də inandırmağa çalışdı ki, quzu ilə canavar ittifaqı mümkündür. Bu, qeyri-təbii idi... Lakin hər şeyə görə cavab verməli olacaq Paşinyan özünü kifayət qədər taktik və strateq kimi aparırdı. Nəticədə hər kəs gördü ki, Rusiya trekindəki iflas bütün hallarda gerçəklikdir. Hətta baş nazir nə qədər yalan danışsa da ki, Yerevanla Moskva arasında hər şey “mükəmməldir”. Və burada məsələ ondadır ki, putinli Rusiya ölkə daxilində nəyisə dəyişmək həvəsindədir. Bununla yanaşı, orada, baş verən istənilən inqilabları, kimlərlə komfortlu işlər gördükləri halda, onları itirdiklərini izləyirlər”.

Erməni müəllif artıq erməni cəmiyyətinin mübarizə aparmaqdan yorulduğunu da yazıb və qeyd edib ki, cəmiyyəti özünün etirazçı buxarını məxməri inqilab zamanı bütünlüklə buraxaraq-bitirib.

“Bu, həm də cəmiyyətin siyasi savadsızlığının bağışlanmaz səhvi idi...”

“İndi biz apatiya müşahidə edirik”, yazan Qriqoryan əlavə edir ki, insanlar vətəndaş olmaqdan tükənirlər: “Sosial-iqtisadi problemlər, yaşamaq üçün gündəlik mübarizə aparmaq məcburiyyəti – cəmiyyətin apotik vəziyyəti belədir. İnsanlar Ermənistanın taleyinə inanırdılar və öz talelərini onlara böyük dəyişikliklər vəd edənlərin əllərinə verdilər. Lakin bu, həm də cəmiyyətin siyasi savadsızlığının bağışlanmaz səhvi idi...”

Beləliklə, faktlar da onu göstərir ki, Ermənistanın ictimai rəyi Paşinyanın üzərində dayanaraq, onu dəstəkləyib - inqilab etməklə də ciddi səhvə yol veriblər. Erməni müəllif də mövzusunun sonunda etiraf edir ki, günahkar həm Paşinyan, həm də erməni xalqıdır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə