Fransa XİN-i: “Azərbaycanın ürəyində yerləşən Dağlıq Qarabağda ermənilər məskunlaşıb və 20 % Azərbaycan ərazisi ermənilər tərəfindən işğal olunub”
Fransa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Dağlıq Qarabağa, Azərbaycan-Ermənistan sərhəddinə getməyi qadağan edib. SİA xəbər verir ki, Fransa XİN-nin rəsmi saytında Fransanın Azərbaycandakı səfirliyinin konsulluq bölməsinin yaydığı məlumata görə, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi adlandırılıb. Sənəddə deyilir ki, Azərbaycanın ürəyində yerləşən Dağlıq Qarabağda ermənilər məskunlaşıb və 20 % Azərbaycan ərazisi ermənilər tərəfindən işğal olunub.
http://www.diplomatie.gouv.fr/fr/conseils-aux-voyageurs_909/pays_12191/azerbaidjan_12204/index.html
Fransa öz vətəndaşlarına Dağlıq Qarabağ və 7 işğal olunmuş Azərbaycan ərazilərinə getmək üçün "viza"dan istifadə etməyi məsləhət görməyib (dirnaq sənəddə də göstərilib), əks halda bu onların Azərbaycana gəlmələrini qadağan edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB