“Universitetlərarası işbirliyinin Azərbaycanla Türkiyə arasındakı dostluq körpüsünü daha da möhkəmləndirəcəyinə inanırıq” - AÇIQLAMA

"Ölkələr arasındakı işbirlikləri dostluq siqnalları ilə daha da genişlənir. Ən böyük işbirlikləri isə universitetlər arasında qurulur". Bu barədə SİA-ya Türkiyənin Qazi Universitetinin rektoru Rıza Ayhan məlumat verib. O bildirib ki, Bakı Slavyan Universiteti ilə işbirliyinin Azərbaycanla Türkiyə arasındakı dostluq körpüsünü daha da möhkəmləndirəcəyinə inanırıq. XXI əsrdə təhsil anlayışında böyük dəyişiklər olduğunu deyən R.Ayhan vurğulayıb ki, bu dəyişiklərin əsasında müəllim-tələbə fəaliyyəti dayanır.

"Əgər universitetlər arasında həyata keçirəcəyimiz işbirliyi protokolları ilə tələbələrin müsbət fəaliyyətinə öz töhfəmizi verə, onların dünyanı tanımasına şərait yarada biliriksə, o zaman Azərbaycan və Türkiyə təhsilinə və iqtisadiyyatına görə, bu bölgənin ən güclü ölkələrdən biri olacaq. Onun üçün də bu işbirliyinə son dərəcə böyük önəm veririk. Bu işbirliyindən də tələbələrin müsbət istiqamətdə istifadə edəcəyinə inanırıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə