Şəmsəddin Hacıyev: “Həqiqət budur ki, YAP-ın imkanları olduqca genişdir, partiyanın açıqladığı siyahını 3 dəfə də artırmaq olardı” - MÜNASİBƏT

"Builki parlament seçkiləri ötən parlament seçkilərindən daha şəffaf, daha obyektiv olacaq". Bu sözləri millət vəkili Şəmsəddin Hacıyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, IV çağırış parlament seçkilərini digərindən daha bir fərqləndirən cəhət bu dəfəki namizədlər arasında daha layiqləriniin seçilməsi üçün bütün şəraitin yaradılmasıdır.

Açıqlaması zamanı Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə toxunan millət vəkilinin sözlərinə görə, burada edilən dəyişikliklər seçkilərin daha da şəffaf keçirilməsinə şərait yaradacaq: "Bundan əlavə, Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər demokratik seçkilərin təmin olunması, onun hüquqi bazasının yaradılması ilə bağlıdır ki, bu da builki parlament seçkilərində daha layiqlilərin qələbə qazanmasına imkan yaradacaq".

Müxalif partiyaların Yeni Azərbaycan Partiyasının siyahısında bir sıra millət vəkillərinin yenidən namizəd kimi iştirak etməsini partiyanın namizəd kasadlığı ilə bağlamasına gəlincə Ş.Hacıyev bu fikri təkzib edib: "Müxalifət çox şey deyə bilər. Amma həqiqət budur ki, Yeni Azərbaycan Partiyasının imkanları olduqca genişdir. Partiyanın açıqladığı siyahını 3 dəfə də artırmaq olardı. Xüsusəndə gənclərin sayını. O ki, qaldı müxalifətin sözünə, müxalifətdi də deməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...