Putin açıqladı: “Trampla Suriya və Ukrayna məsələlərini müzakirə etdik”
“ABŞ prezidenti Donald Trampla ilk görüşümüzdə Suriya və Ukraynadakı vəziyyəti müzakirə etdik”. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Bizim çox uzunsürən danışıqlarımız oldu. Suriya və Ukraynadakı vəziyyətlə yanaşı digər mövzular ətrafında müzakirə apardıq, o cümlədən ikitərəfli münasibətlər, terrorizmlə mübarizə və kibertəhlükəsizlik məsələləri ilə bağlı”, deyə V.Putin bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə