AMİP sədri ilə Milli Hərəkat Partiyasının sədri görüşüb

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müvəqqəti qərargahında partiyanın sədri Yusif Bağırzadə ilə Milli Hərəkat Partiyasının sədri Samir Turan arasında görüş keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, bu gün həmçinin AMİP-in baş katibi Arzuxan Əlizadə və Mərkəzi Şura sədri Adnan Novruzov Milli Dirçəliş Hərəkatının sədri Fərəc Ulusoy ilə görüşüblər. Hər iki görüşdə AMİP-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü təkliflərin və seçki məsələlərinin müzakirə edildiyi bildirilib.

 

Tərəflər Dağlıq Qarabağ problemi və seçkilərlə bağlı birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Eyni zamanda hər üç qurum arasında əlaqələrin daha da genişləndirilməsi barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə