Prezident Andreas Şokenhofu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə