Avtoxuliqanlığın cəzası nədir?

\"Respublika Dövlət Yol Polis İdarəsi tərəfindən mütəmadi olaraq avtoxuliqanlara qarşı mübarizə tədbirləri davam etdirilir\". Bunu SİA-ya Respublika Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, istirahət günlərində ümumilikdə respublika ərazisində 11 avtoxuliqanlıq hərəkətinə yol verən şəxs aşkarlanıb ki, onların barəsində də qanuna müvafiq olaraq tədbirlər görülür:


"Belə ki, həmin şəxslər barəsində həm cərimə, həm də sürücünün bir il ərzində idarə etdiyi nəqliyyat vasitəsindən istifadəsi məhdudlaşdırılır. Hətta onlar barəsində 10 sutka həbs cəzası belə tətbiq edilib. Əgər həmin sürücülər yenidən eyni əməlləri təkrarlayarlarsa, onlar barəsində müəyyənləşdirilən cərimə 600 manatdan 800 manatadək qaldırılır. Bununla belə sürücülük hüququ 1 ildən 2 ilədək məhdudlaşdırılmaqla bərabər həmçinin 15 sutka həbs cəzası tətbiq edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...