Bu gün ABŞ Senatı Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək

Bu gün ABŞ Senatı Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək
Bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Riçard Morninqstarın Azərbaycana səfir postuna namizədliyini müzakirə edəcək. SİA-nın xəbərinə görə, prezident Barak Obama aprelin sonunda Azərbaycandakı səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın namizədliyini irəli sürüb.

Xatırladaq ki, Riçard Morninqstar 2009-cu ilin aprelindən ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır.

Riçard Morninqstar bakalavr təhsilini Harvard Universitetində, hüquq magistri dərəcəsini isə 1970-ci ildə Stenford Hüquq Məktəbində alıb. O, Feyt Pirs Morninqstarla ailə qurub, 2 oğlu və 2 qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə