Azərbaycandan Ukraynaya növbəti dəstək FOTO

Rusiya-Ukrayna müharibəsi nəticəsində dərin humanitar böhranla üzləşən rəsmi Kiyevə bir sıra dövlətlər, o cümlədən Azərbaycan humanitar yardımlar göstərir. Bu dəfə ölkəmiz Ukraynaya generatorlar göndərib. Bunla bağlı Ukrayna səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat yayıb. Səfirin sözlərinə görə, humanitar yardıma 17 generator, 4 daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir: “Enerji avadanlıqları Azərbaycan vətəndaşları və bir sıra təşkilatlar tərəfindən səfirliyə bağışlanıb. Azərbaycan hökumətinə, təşkilatlara və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığımı bildirirəm”.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə