...Kremlin baş təbliğatçısı Vladimir Solovyov Amerikanın Rusiyanın "kölgə donanmasına" məxsus gəmiləri ələ keçirməsinə cavab olaraq Çindən kömək istədi.
Və o bununla, faktiki olaraq Rusiyanın hərbi acizliyini etiraf etdi.
SİA-nın əldə etdiyi məlumata görə, Dialoq xəbər verir ki, bu, onun dövlətə məxsus "Rossiya 1" televiziya kanalında yayımlanan "Vladimir Solovyovla axşam" tok-şousunda baş verib.
...Pekinlə sakit bir razılığa gəlməliyik: tankerləri biz təmin edirik, Çin isə təhlükəsizlik və müşayiət təmin edəcək. Və biz onları Kubaya və başqa yerlərə göndərəcəyik. Amerikalılar toqquşmaq istəyirlərsə, qoy cəhd etsinlər! İki nüvə gücü bir-birinə qarşı - davam edin.., - Solovyov bildirib.
O, həmçinin Pekindən Rusiyanın ciddi problemləri olduğu kosmik kəşfiyyat sahəsində kömək istədi.
...Niyə çinli yoldaşlarımızla müqavilə imzalamırıq? Niyə fərqli bir hərbi-iqtisadi və strateji əməkdaşlığa keçməyək?. Bunu Kremlin Z-təbliğatçısı sual kimi qoyub?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB