"Təəssüflər olsun ki, Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən, o cümlədən antiterror hücumları nəticəsində suverenliyini bərpa etdikdən sonra Avropa İttifaqı və Avropa Şurası Parlament Assembleyası ilə münasibətlər ürəkaçan müstəvidə olmadı. Avropa İttifaqı Azərbaycana qarşı məyusedici hərəkətlər etdi və bu proseslər günümüzə qədər davam etməkdədir. Bəs burada məsələlər nədən ibarətdir? Birincisi Avropa İttifaqının anti-Azərbaycan bəyanatlarıdır. O cümlədən Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Ermənistanı dəstəkləyən və Azərbaycan qarşı çağırış edən sanksiyaları adlı siyasətidir. Bunlar hamısı Azərbaycanla münasibətlərə kölgə salırdı". Bu sözləri siyasi şərhçi Polad Mehdiyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, digər mühüm və əhəmiyyətli məsələ ondan ibarətdir ki, Ermənistan-Azərbaycan arasında Avropa İttifaqının təşəbbüsi ilə müşahidə missiyası göndərilməsi təklif olundu: "Əsas məqsəd sülhün və sabitliyin təmin olunması, tərəflər arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada Ermənistan və Azərbaycanın razılığı əsasında 2 il müddətində tərkibi 40 nəfərdən ibarət missiya göndərildi. Amma sonrakı proseslər onu göstərdi ki, həmin bu missiya müddəti tamam olmasına baxmayaraq Azərbaycanın razılığı olmadan davam etməyə başladı. Eyni zamanda həmin missiya Avropa İttifaqının hüdudlarını aşdı, ora Kanada cəlb olundu. Bunu faktiki NATO missiyası hesab etmək olar. Bununla yanaşı onların fəaliyyətində heç bir sülh yaratması ilə məşğul olmadıqları, əksinə Ermənistanın leyhinə addımlar atdığını, Azərbaycana qarşı binokul siyasətini həyata keçirdiyini müşahidə etdik. Müşahidə missiyasında ayrı-ayrı nümayəndələr, hətta Avropa İttifaqı prezdenti səviyyəsində Azərbaycanı binokulla müşahidə edirdilər. Bu Azərbaycana qarşı mənfi münasibətin göstəricisidir. Cənab Prezidentin də vurğuladığı kimi bu kifayət qədər mühüm və ciddi məsələdir. Bütün bunlar Avropa İttifaqı və Azərbaycanla münasibətlərə kölgə salır".
Siyasi şərhçi həmçinin qeyd edib ki, müharibədən sonrakı dövr ərzində Avropa İttifaqının adı "Sülh Fondu" olsa da əslində sülhə deyil, Ermənistanın silahlanmasına xidmət edən siyasət güdürdü: " Avropa İttifaqı, ABŞ və Ermənistan ötən ilin aprel ayının 5-də görüş keçirdi, burada da məqsəd Ermənistanın silahlandırılması idi. Yəni bunlar Avropa İttifaqı ilə münasibətdə ehtiyatlı olmağa əsas verir. Həmçinin burada vacib məsələ odur ki, Azərbaycan bu münasibətlərə xələl gətirəcək mövqedə çıxış etmir, əksinə öz üzərinə düşən öhdəliklərə sadiq bir tərəfdir. Vətən müharibəsindən sonra Laçın dəhlizi hadisələri zamanı Avropa Şurası Azərbaycan üçün qətnamə qəbul etdi və xəbərdarlıq etdi ki, bu proses davam edərsə Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında qalma məsələsinə baxılacaq. Ardınca isə ötən ilin əvvəlində Avropa Şurasının iclasında Azərbaycan nümayəndə heyətinin mandat məsələsi müzakirə olundu və Azərbaycan nümayəndə heyəti müzakirəyə etiraz olaraq oranı tərk etdi. Göstərdikləri bütün səbəblər bəhanə idi, yəni burada əsas məsələ həmin ölkələrin Azərbaycana olan münasibəti idi. Əgər siyasətlərində dəyişiklik edəcəklərsə, Azərbaycanla münasibətlər artan xətt üzrə davam edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə