Türkiyədən Zəngəzur addımı! - Tender keçirilib, işə başlayacaq

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Türkiyə tərəfində Zəngəzur dəhlizinin reallaşdırılması üçün bu il işlərə başlanılacaq. İnkişaf Yolu Layihəsinin ticarət baxımından əhəmiyyətinə toxunan nazir Uraloğlu, layihə ilə Pekindən Londona nəqliyyat müddətinin 25 günə endiriləcəyini açıqladı.

Nazir Uraloğlu Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin TCDD Kule Restoranında təşkil etdiyi "Zəngəzur dəhlizinin əhəmiyyəti" adlı konfransın açılışında etdiyi çıxışında son 22 ildə yalnız qur-işlət-ötür modeli ilə təxminən 45 milyard dollar dəyərində nəqliyyat quruluşu həyata keçirdiklərini söyləyib.

Uraloğlu bundan sonra ölkə daxilində 14 min kilometrlik dəmir yolu şəbəkəsinin 28 min kilometrə çatdırılacağını və 2 min 251 kilometrlik yüksək sürətli qatar xəttinin əvvəlcə limanlara birləşdiriləcəyini, sonra isə beynəlxalq dəhlizlərin əhatə dairəsini inkişaf etdiriləcəyini bildirib.

Uraloğlu dəhlizlərin ümumiyyətlə şərq-qərb oxunda daha çox inkişaf etdiyini ifadə edərək deyib: "Biz orta dəhlizi gücləndirəcək Bakı-Tbilisi-Qars xəttini həyata keçirmişik. Bu xətti Avropaya birləşdirəcək dəmir yolu xətti hazırda yalnız Marmaray üzərindən keçir. Marmaray sıxlığı səbəbindən gündə cəmi dörd reys həyata keçirə bilirik. Odur ki, Yavuz Sultan Səlim Körpüsündən bütün xətti bu il sərhəddən sərhədə qədər gedəcək Pekin və Mərkəzi Asiya fasiləsiz olaraq Londona çatacaq”.

Hadisələrin sözügedən dəhlizlər üçün alternativlərin yaradılmasını zəruri etdiyini ifadə edən Uraloğlu ediləcək fərqli marşrutların fəlakət və böhran vəziyyətlərində baş verə biləcək böyük zərərlərin qarşısını alacağını vurğulayıb.

Uraloğlu bu alternativ yolların “İnkişaf Yolu” və “Zəngəzur Dəhlizi” olduğunu bildirib və bu ifadələri işlədib: "Zəngəzur türk dünyasına daha asan çatacaq bir dəhlizdir. Azərbaycan tərəfindən əhəmiyyətli irəliləyişlər oldu, Türkiyə tərəfində biz hərəkətə keçdik, bu il başlayacağıq. Pekindən qalxan yük London burnundan Londona 45 günə çata bilər. Süveyş kanalından isə 35 gündə həyata keçirməyi planlaşdırdığımız marşrut Fars körfəzindəki Fav limanından başlayacaq, Ovaköy Sərhəd Qapısından ölkəmizə və oradan da Avropaya gedəcək. Sözügedən yük ümumilikdə 25 günə endiriləcək”.

Namık Kemal YILDIRIM,

SİA-nın Türkiyə təmsilçisi

Bütün xəbərlər Facebook səhifəmizdə