"İlham Əliyevlə görüşümüz maraqlı və faydalı oldu" - PİTER VAYDA

"Bu gün Prezident İlham Əliyevlə çox maraqlı və faydalı görüşümüz oldu".

SİA xəbər verir ki, bu sözləri ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Avstriyanın enerji icması katibliyinin ətraf mühit üzrə baş eksperti Piter Vayda deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək olan COP29 tədbiri ilə bağlı məlumat aldıq və Azərbaycanın bu tədbirin təşkili ilə bağlı məqsədini öyrəndik: "Bu konfransda iştirak etməyi də səbirsizliklə gözləyirdim. Sabah Laçını görməyə gedəcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə