Məğlub dövlət və xalq öz seçimində tələsməlidir! - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq"

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirərək, ölkəmizdə milli dövlət quruculuğu prosesinin uğurlu inkişafı, demokratik dövlət idarəçiliyi modelinin yaradılması, vətəndaş cəmiyyətinin bərqərar olunması, respublikanın iqtisadi inkişafının təmin olunması istiqamətində tarixi nailiyyətlərə yol açır. Bütün bunlar əslində Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyduğunu təsdiqləyir. Bu missiyanını fəlsəfəsi “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab ilham Əliyevin 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Və bu gün dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri gerçəkləşdirmişdir. Öz fəaliyyəti ilə ümummilli liderə layiq şəxsiyyət olduğunu sübuta yetirən Prezident müasir dövrün tələb etdiyi siyasi lider imicini formalaşdırmışdır.

Elə mayın 31-də Prezident İlham Əliyev cənablarını Laçın şəhərinə səfəri zamanı laçınlılar, bütün Azərbaycan xalqı, bütün dünya gördü ki, bu gün Azərbaycan aparıcı dünya dövlətlərinin sayəsində deyil, Prezident İlham Əliyevin qəti və dönməz mövqeyi nəticəsində ədalət, ərazi bütövlüyümüz bərpa olundu.

PREZİDENT İLHAM ƏLİYEVİN MÜRACİƏTLƏRİ VƏ SƏRT MESAJLARI ƏDALƏT PRİNSİPLƏRİNƏ ƏSASLANIR

Elə mayın 28-də Prezident İlham Əliyev Laçın sakinləri ilə görüşü zamanı bildirdi ki, Laçında mayın 28-də – Müstəqillik Günündə bu görüşün keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bunun böyük rəmzi mənası və bu gün ikiqat bayramdır: "Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm... Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq!".

2011-ci il dekabrın 24-də ad günündə laçınlı köçkünlərlə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki görüşünü xatırladan Prezident İlham Əliyev deyib: "Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu".

Prezident diqqətə çatdırıb ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub: "İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək...".

Prezident xatırladıb ki, Laçın şəhəri Azərbaycanın tam nəzarətinə 2022-ci ilin avqustunda qayıdıb: "Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan rəhbərliyi mənə tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır.. Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” - bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik".

PREZİDENT İLHAM ƏLİYEV CƏNABLARININ XALQA MÜRACİƏTİNDƏ DEYİLƏNLƏRİ HƏMİŞƏ HƏYATA KEÇİRƏN DÜNYA SƏVİYYƏLİ SİYASƏTÇİNİN SƏRT, ƏDALƏTLİ, KONKRET MESAJLARIDIR

Bəli, Azərbaycan Prezident İlham Əliyev cənablarının xalqa müraciətində deyilənləri həmişə həyata keçirən dünya səviyyəli siyasətçinin sərt, ədalətli, konkret mesajlarıdır. Bu mesajlarında məğlub dövlətə və onun məğlub xalqına dəfələrlə çatdırıb ki, xalqa, dövlətə yanan lider seçməlisiniz, nə qədər ki, səviyyəsiz lider var ağır günlər keçirəcəksin, ayılın!

Elə mayın 28-də Laçın sakinləri ilə görüşündə də bir daha bildirdi ki, "Artıq "miatsum" kitabı bağlandı, separatizmə son qoyuldu, müstəqillik arzuları status kimi getdi. Və biz ikinci Qarabağ müharibəsi zamanı statusu lazımi yerə göndərdik» deyən dövlətimizin başçısı, Qarabağda yaşayan ermənilərə yeganə çıxış yolunu göstərdi: "Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər".

SƏRHƏDLƏRİN DELİMİTASİYASI BİZİM ŞƏRTLƏRİMİZ ƏSASINDA OLMALIDIR

Bəli, bütün bu tələblər qanuni və ədalətlidir. Azərbaycanın istənilən yolla onların həyata keçirilməsinə nail olmaq imkanı var. Dövlətimizin başçısı bir daha bildirdi ki: "Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim. Ona görə delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar".

"Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar", - deyə dövlətimizin başçısı qeyd edib.

Həmçinin, dövlətimizin başçısı bildirib ki, Ermənistan anlamalıdır ki, bütün bu nailiyyətlər qüdrətli, güclü iqtisadiyyata sahib olan müstəqil Azərbaycanın bu təklifdir və bu uzun müddət massa üzərində qalmayacaq!: "...Ona görə bu gün də deyirəm, hələ ki, gec deyil. Hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki, Ermənistan sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq!".

"NƏ DEYİRİKSƏ, ONU DA EDİRİK!"

Bəli, Azərbaycan Lideri heç vaxt populist vədlər vermir. Onun sözü və imzası eyni çəkiyə malikdir və Azərbaycan xalqı son 20 ildə həmişə müşahidə görüb ki, Prezident İlham Əliyev bütün ümummilli məsələlərdə qətiyyət nümayiş etdirir və Azərbaycanın haqlı mövqeyinin təsdiqlənməsinə nail olur.Bu gün Ermənistan İkinci Vətən müharibəsinində ermənistan kapitulyasiya olaraq tamamilə aciz vəziyyətdə olmaqla, hələ də acı məğlubiyyətin ağrılarını, yaralarını sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Azərbaycan postmüharibə dövründə də liderlik göstərdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Reallığı düzgün dəyərləndirən Azərbaycan Lideri deyirdi ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Azərbaycan ilk gündən qarşı tərəfə ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üçtərəfli Bəyanatdakı digər şərtlər kimi, Laçın dəhlizi ilə bağlı öhdəliyini də yerinə yetirmək istəmir və manipulyasiyalara əl atırdı. Belə ki, öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngidir, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı. Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü.

Yeni yolun istifadəyə verilməsindən sonra Laçının döyüşsüz geri qaytarılması çox doğru olaraq Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri kimi dəyərləndirilir. Bundan sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınırdı. Təbii ki, məğlub Ermənistanın bu qəbildən olan davranışları Azərbaycan cəmiyyətində etirazlar yaradırdı. Azərbaycanlı ekoloqlar və vətəndaş cəmiyyətinin təmsilçiləri ötən il dekabrın 12-də Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başladılar. Cari il aprelin 23-də isə respublikamız Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Bununla da Azərbaycan məsələni birdəfəlik həll etdi.

Postmüharibə dövründə ölkəmizin regionda yaratdığı reallıqlara diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Yəni, bütün bu reallıqları yaradan biz olmuşuq. Məhz bunun nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Onlara da, onların havadarlarına da, onlara bu gün dəstək verənlərə də o vaxt deyirdim ki, biz heç vaxt barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır”.

Artıq Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. “İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Sərhədlərin delimitasiyası ədalət prinsipi əsasında aparılmalıdır

Bəhs olunan çıxışında Prezident İlham Əliyev müxtəlif manipulyasiyalarla sülhə əngəllər yaradan Ermənistan hakimiyyətinə və Qarabağda yuva qurmuş separatçılara sərt mesajlarını ünvanlayıb. Ermənistan rəhbərliyi iki ölkə arasındakı şərti sərhədlərlə bağlı anlaşılmaz mövqe sərgiləyir. Məhz Ermənistanın məsuliyyətsiz davranışlarına görə də şərti sərhədlərdə anlaşılmazlıqlar yaşanır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər ki, əgər kimsə yolu azsa, maksimum iki günə o adamlar qaytarılmalıdırlar. İndiyədək Azərbaycan buna əməl edib. Yolu azan erməni hərbiçiləri və mülki vətəndaşlar maksimum iki gün saxlandıqdan sonra sorğu-suala tutularaq buraxılıblar. Ermənistan isə razılaşmaya əməl etmir. Qarşı tərəf bu yaxınlarda yolu azmış Azərbaycan hərbiçilərini vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətərini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və 11 il iş veriblər. Bu, dözülməzdir. “Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim”, - deyə Prezident İlham Əliyev bildirib.

Bəhs olunan görüşdə dövlətimizin başçısı Azərbaycanın digər şərtlərini də səsləndirib. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”.

"YA ONLAR AZƏRBAYCAN BAYRAĞI ALTINDA YAŞAYACAQLAR, YA DA ÇIXIB GEDƏCƏKLƏR"

Azərbaycan Prezidenti bütün çıxışlarında, müsahibələrində, görüşlərdə dəfələrlə bildirib ki, artıq Ermənistanını bir yolu qalmayıb: "Yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq". Dövlət başçımız onu da bildirib ki, aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır: "Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq? Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır".

Bir sözlə, müharibə bitib, mübahisəli delimitasiya şərtləridir. Cənab Prezidrntin qeyd etdiyi kimi, delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Son günlərin diplomatik danışıqları göstərir ki, proseslər Cənab Prezidentin irəli sürdüyü delimitasiya şərtlərinin həllinə aparır.

Sonda Azərbaycan Prezidenti bir daha vurğuladı: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Bir sözlə, bu müstəqil siyasət yürüdən, regionda lider dövlət olan Azərbaycanın məğlub etdiyi ölkəyə cızdığı yol xəritəsidir. Və Ermənistan nə qədər ki, gec deyil Azərbaycanın verdiyi bu fürsəti dəyərləndirməlidir, çünki başqa yolu yoxdur.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə