Mart qırğını xalqımızın qan yaddaşıdır

(31 Mart azərbaycanlıların soyqırımı ermənilərin xalqımıza qarşı törətdiyi ən ağır cinayətlərindəndir)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim, ən əsası isə milləti üçün 84 illik ömründə əlindən gələni edən, ağsaqqal dostumuz, Xalq şairi Nəriman Həsənzadənin ən yaxın dostu Musa Quluzadə ilə biz dəfələrlə 31 mart soyqırımı haqqında söhbətlər eləmişdik. Bu tarixi Müsa müəllim tarixçilər arasında daha dəqiq bilənlərdən biri olduğuna görə xahiş eləmişdim ki, həmin soyqırım haqqında çox tutarlı yazılar yazsın. Bu yazını mənə göndərəndə Musa müəllim telefonda belə dedi: “ Ağalar müəllim bu mövzu məni elə tutub ki, bu haqda kitab yazmaq istəyirəm. İnanıram ki, bu kitab təkcə xalqımız tərəfindən yox, başqa millətlər tərəfindən də maraqla qarşılanacaq. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra biz bu mövzunu, Xocalı faciəsini lazım olan səviyyədə dünya xalqlarına çatdıra bilsək, onda erməniləri bu yolla da dünya millətləri arasında tam rüsvay edə biəcəyik. Onların vəhşiliuyini, faşist olmasını tam sübut edəcəyik”. Biz razılaşdıq ki, bu yazını soy qırımı ərəfəsində çap edək. Bəli. Biz vədəmizə xilaf çıxmadıq. Yazını çap edirik. Amma qəddar əcəl vədinə xilaf çıxıb, dostumuz Musa müəllimi mart ayının 13-də aramızdan apardı. Əfsus ki, Musa Quluzadə bu yazının çap olunmasını görə bilmədi. Ömrünün müdrik çağında artıq böyük həvəslə yazmağa başladığı “Soyqırım” kitabı da yarımçıq qaldı. Allah ağsaqqal dostumuz, qanı-canı ilə millətə tam bağlı olan və bu millətlə nəfəs alan Musa müəllimə rəhmət eləsin.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

1918-ci ilin 31 mart soyqırımı çağdaş dövrümüzə gəlib çatan Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən ən ağır cinayətlərdən biridir. Tarix bəlkə də ermənilərin azərbaycanlılar, ümumilikdə isə bütün türklərə qarşı yaratdıqları qeyri-insani, qeyri-bəşəri haqsızlıqlar, faciələr, terrorçuluq görməyib.

Əsli-nəsli, yurdları, ocaqları bəlli olmayan, həyat meydanına gəldikləri gündən bütün dünyanın köksündə sağalmaz yaraya çevrilən haylar çəyirtkə kimi ətrafa yayıldılar. Harda dayanıb durdularsa oranın altını üstünə çevirdilər. Sonralar Türkiyənin Van gölü ətrafındakı Ərməniyə deyilən coğrafi yerdə məskunlaşdılar. Bu yer haramzada hayların o qədər xoşlarına gəldi ki, bu yerin adını özlərinə xalq adı kimi götürərək erməni oldular. Xislətində, düşüncəsində, təbiətində bütün xalqlara, insanlara yabançılıq, düşmənçilik və iddiaçılıq olan ermənilər bu xasiyyətlərinə görə zaman-zaman döyüldülər, qovuldular, ancaq təəssüflər olsun ki, düzəlmədilər. Yaxın-uzaq xalqlar, insanlar onları tanıdı. Onlar haqqında zərb-məsəllər yarandı: “erməniyə inanmaq olmaz”, “onlara arxa çevirmək olmaz”, “beş barmağını bal edib erməni ağzına soxsan zəhərdir deyəcək”, “erməni gəldi, dərd, ələm gəldi”... və s. və i.a.

Həmişə özgə torpaqlarına göz tikən, ən yaxşı torpaqlarda yaşamağı arzulayan ermənilər bu yolda hər cür alçaqlıqlara razı olublar. Belə ki, I Pyotrun 1722-ci ildən başlayan Azərbaycanın Xəzər sahillərinin işğalından yarınmağa çalışan haylar çara üç dəfə “yalvarmışlar ki, onlara Xəzər dənizi sahillərində daimi yaşayış üçün yer versin”. Bunu rus tarixçisi P. Y. Butkov öz əsərində yazmışdır.

Rus çarı böyük “əlaçıqlıq” göstərərək 1724-cü ilin noyabr ayında general-mayor Kropatova xüsusi əmr vermişdir. Əmrdə deyilirdi: “Erməni xalqı bizdən xahiş etmişdir ki, biz onları öz himayəmizə qəbul edib torpaqlar ayıraq, ona görə də sizə tapşırıram ki, əgər erməni xalqı bəyəndiyi yerdə yaşamaq istəsə, ona kömək edib, ləyaqətlə qoruyun... Onları (kursiv bizimdir) öz himayəmizə götürmüşük”. Bir qədər sonra I Pyotr general-leytenant Matyuşkinə də tapşırmışdı ki, ermənilərə və xristianlara bildirilsin ki, rus ordusunun tutduğu əyalətlərdə - Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə onları mehribanlıqla qarşılayıb, yerləşdirsinlər...

Burada Bakı ilə əlaqədar əmrlərdə aşağıdakı sözləri xatırlamaq yerinə düşər: “Xoşagəlməz, yaxud şübhəli müsəlmanları qovmaq və onları xristianlarla əvəz etmək”. Belə də edildi: yeri-yurdu bilinməyən ermənilər istədikləri əyalətlərdə, istədikləri torpaqlarda ruslar tərəfindən yerləşdirildi. Ancaq haylar bununla kifayətlənmədilər, öz çirkin əməllərini davam etdirdilər...
Vaxt gəldi ermənilər böyük dövlətlərin, məsələn, Rusiyanın, İngiltərənin, Fransanın alətinə çevrildi. Hər dövlət ermənilərdən öz məqsədləri üçün istifadə etməyə başladı. Belə ki, 1828-ci ildə Rus-İran savaşında qələbə çalan Rusiya İrandan, Türkyiyədən çoxlu erməni ailəsini Qafqaza, o cümlədən Azərbaycana kütləvi surətdə köçürüb gətirdi. Nəticədə, rusların sayəsində ermənilər yeni ərazilərə sahib oldular və sonralar özlərinin dövlətlərini yarada bildilər. Bütün bunlara qovuşan haylar XIX əsrin axırlarında özlərinin millətçi “Daşnaksütyun” partiyalarını yaratdılar. Şovinist partiya olan “Daşnaksütyun”un bir məramı oldu: “Azərbaycan türklərinin əzəli torpaqlarından onları qovub çıxarmaq və tarixdə heç vaxt olmamış və olmayacaq böyük Ermənistan yaratmaq”. Bunun üçün onların Rusiya kimi bir arxası da vardı.

XX əsr xalqımız üçün çox ağır və keşməkeşli olmuşdur. Onu da ürək ağrısı ilə deyək ki, xalqımızın dücar olduğu məhrumiyyətlərin əksəriyyəti torpağımızda, ocağımızda yazığımız gəlib yer verdiyimiz, çörəyimizi yeyən, suyumuzu içən, havamızı udan ermənilər tərəfindən törədilmişdir.

Hər xalqın tarixində elə hadisələr olur ki, bu hadisələr uzun zaman keçsə də unudulmur, nəsillər bir-birini əvəz etsə də xatırlanır, yeni nəsillərin də yaddaşına həkk olunur. Xalq nə yaxşılığı, nə də yamanlığı unuda bilmir.
31 mart qırğını da xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. 1918-ci ilin 31 martında Bakıda minlərlə azərbaycanlı erməni daşnakları tərəfindən vəhhicəsinə öldürülmüşdür.

Yuxarıda dediyimiz kimi 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra Qafqazın, o cümlədən Azərbaycanın ən yaxşı yerlərinə qalib Rusiyanın tələbi və köməyi ilə İrandan, Türkiyədən yüz minlərlə erməni köçürüldü. Bu gözəl yerlərdə məskunlaşan “hay”lar bir müddətdən sonra özlərini bu yerlərin əbədi sakinləri kimi aparmağa başladılar. “Özümə yer edərəm, gör sənə nə edərəm” prinsipi ermənilərin əsl əxlaqi prinsipidir. Dünyada elə bir xalq, elə bir millət tapmaq olmaz ki, ermənilər kimi özgə torpaqlarını, özgə ocaqlarını özününkü saysın, zaman keçdikcə təkcə yaşadıqları ərazilərə deyil, daha çox əraziyə sahib olmaq üçün can atsın, bu yolda hər cür nankorluğa əl atsın, hətta irz-namusunu satmış olsun...

Artıq XIX əsrin sonlarında ermənilər qarşılarına məqsəd qoydular ki, yerli, yaşadıqları torpağın əzəli sahibləri olan azərbaycanlıları nə yolla olursa-olsun öz ata-baba yurdlarından didərgin salsınlar. Bunun üçün onlar hazırlıq işləri gördülər, xristian ölkələrindən çoxlu silah topladılar.

XX əsrin əvvəllərində - 1905-1906-cı illərdə ermənilər azərbaycanlıları kütləvi surətdə qırmağa başladılar. Millətçi, şovinist “Daşnaksütyun” partiyası “Dənizdən-dənizə böyük Ermənistan” iddiası ilə çıxış etdi. O vaxt Şuşada, Zəngəzurda, Naxçıvanda, Bakıda və başqa yerlərdə minlərlə əliyalın azərbaycanlı erməni süngülərinin qurbanı oldu. Bu qırğınlar sonrakı illərdə də davam etdirildi. Ancaq Azərbaycanı parçalayıb, onun bir hissəsini öz ərazisinə qataraq, bu ölkənin yeraltı-yerüstü sərvətlərinə sahib çıxan Rusiya çarizmi bütün bu erməni vəhşiliklərinə, qəddarlığına göz yumdu.

1917-ci ildə Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Bakıda Stepan Şaumyanın bolşeviklərə rəhbərlik etməsi Azərbaycanda yerli əhalinin yeni qırğınına, daha artıq əzab-əziyyətlərinə gətirib çıxardı.

1918-ci il 31 mart qırğını çoxdan hazırlanmış ssenarinin həyata keçirilməsi idi. Belə ki, 1917-ci il oktyabr inqilabından sonra yaranmış Bakı Soveti Stepan Şaumyanın rəhbərliyi ilə fəaliyyət göstərdiyinə görə burada yerli əhalidən, yəni azərbaycanlılardan çox az adam təmsil olunurdu. Bakı Sovetində cəmləşmiş daşnaklar və qeyri millətlərin nümayəndələri mart hadisələrinin törədilməsinin səbəbkarları idilər. Bakı Sovetinin o dövrdə qorxduğu bir qüvvə vardısa, o da aəzrbaycanlıların millətçi qüvvələri idi.

Mart ayının 9-da Azərbaycan diviziyasının gərargahının Bakıya gəlməsi şaumyançıları bərk narahat etdi. Martın 30-da diviziya komandirlərinin şaumyançı bolşeviklər tərəfindən həbs edilməsi və heyəti azərbaycanlılardan ibarət olan “Evelina” gəmisinin tərksilah olunması Bakıda yerli əhalinin böyük narazılığına və həyəcanına səbəb oldu. Bakıda azərbaycanlıların hərbi cəhətdən zəif olduğunu bilən Bakı Soveti Bakını Azərbaycanın paytaxtı etmək “arzusunda olan” müsəlmanlara dərs vermək üçün əlverişli məqamın yetişdiyini başa düşdü. Axı Şaumyan və onun havadarlarının məkrli məqsədi Bakını erməniləşdirmək, yerli əhalini buradan qovub çıxarmaq və beləliklə, “Böyük Ermənistan”a yol açmaq idi.

Yeri gəlmişkən onu da deyək ki, o illər ermənilər Avropada məlumatlar yayırdılar ki, onlar Bakını I Dünya müharibəsi dövrlərində alıblar və artıq şəhər onlarındı. Hələ o dövrlərdə erməni diasporunun, həm də lobbisinin köməyi ilə onlar dünyanı inandırmağa çalışırdılar ki, nəinki Bakı, həm də bütün Azərbaycan Ermənistanın tərkibində bir əyalətdir. Onlar böyük dövlətlərin başçılarını da bu istiqamətdə maarifləndirmişdilər. Belə vəziyyətin yaranmasında özümüzün də günahımız az deyildi. Bu mənada 1918-ci ildə böyük Üzeyir Hacıbəyov “Azərbaycan” qəzetinin 25-ci nömrəsində dərc olunmuş “Mühüm məsələlər” məqaləsində ürək ağrısı ilə yazırdı: “İndiyə qədər o dərəcədə bişüur olmuşuq ki, bütün Qafqaz millətlərindən təkətəkliklə ədədcə çox olduğumuz halda, biz Azərbaycan türkləri haqqında nəinki Avropanın, hətta yüz ildən bəri üstümüzdə sahiblik edən rusların da dürüst xəbərləri yox idi. Ruslar bu günə qədər bizə “persian” deyə İran və fars millətlərindən hesab edirlər. Mən özüm bizim “persian” olmayıb türk olduğumuzu Moskva və Petroqraddan əlavə Bakının özündə də bir çox ruslara dəfələrlə qandırmışam...”

Bütün bunları aradan qaldırmaq üçün böyük azərbaycanlı Üzeyir bəy yol göstərərək deyirdi: “Bəs biz Azərbaycanı və iki milyondan artıq Azərbaycan türklərini Avropaya və müttəfiq dövlətlərə indidən tanıtmalıyıq. Özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata... malik olduğumuzu onlara bildirməliyik. Dilimiz firəng dili Avropada olan kimi bütün Qafqazda ümumi bir dil olduğunu, məsələn, bir ləzgi ilə bir erməninin və ya bir malakan ilə bir aysorun bir-birilə türk-Azərbaycan dili ilə danışmağa məcbur olduğunu isbat etməliyik...”

Bir sözlə, Ü. Hacıbəyov bütün xüsusiyyətlərimizi, bütün mənəviyyatımızı təfsilatı ilə Avropaya və başqa dünya ölkələrinə çatdırmağı tövsiyə edirdi, həm də tələb edirdi.

Bu bir həqiqətdir ki, xalqımız, vətənimiz haqqında həqiqətləri dünya xalqlarına cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyəti çatdırdı və anlatdı...

1918-ci ilin ilk günlərindən başlayaraq qatı millətçi, müsəlmanların düşməni, bolşevik kürkünə bürünmüş Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin mətbuat orqanları hazırladıqları təxribatı əsaslandırmaqçün azərbaycanlıları bir qayda olaraq “burjuaziya” və “müsəlman əksinqilabçıları” hesab edir və onlara qarşı “inqilabi” mübarizəni zəruri sayırdı. Hələ mart qırğınından xeyli əvvəl – martın 15-də Şaumyan öz çıxışlarında deyirdi ki, “Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına çevrilməlidir”. Ona görə də sovetin rəhbərliyi yerli əhalini başa salmaqçün daşnaklarla sazişə girdi. Bu bir daha göstərir ki, mart qırğını – azərbaycanlıların, müsəlmanların kütləvi qırğını Şaumyan və onun ətrafında olan bolşevik ermənilər tərəfindən törədilmişdir.

1919-cu ildə Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin Azərbaycan haqqında buraxdığı kitabda qeyd olunurdu ki, “müsəlmanlar üçün ağır nəticələr verən bu qanlı epizodda o vaxt Bakıda olan ermənilər əsas rol oynadılar. Hər yerdə olduğu kimi, onlar özlərinin milli partiya hesab etdiyi “Daşnaksütyun”un ətrafında sıx birləşdilər. İş burasındadır ki, ermənilər bolşevizm pərdəsi altında bir neçə gün ərzində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 12 min insanı qırdılar”.
Bakı Soveti isə bu qırğını zəruri hesab edirdi. Sovetin orqanı olan “Bakinski raboçi”qəzeti aprelin 11-də belə yazırdı: “Bakıda olmuş vətəndaş müharibəsi zəruri idi. Onun zəruriliyi haqqında biz hələ iki ay əvvəl yazmışdıq.

Bu müddət ərzində təcavüzkar müsəlman millətçiliyinə, Qafqazda əks-inqilabın bu əsas dayağına güzəştə getməklə Bakı Soveti Qafqazda, o cümlədən Bakıda mövcud olan milli münasibətlərdəki çətinlikləri nəzərə almışdı”.

Bu yazıdan belə görünürdü ki, qətlə yetirilmiş minlərlə adam Müsavatın təbliğatına uymuş davakar panislamizmin, millətçi pantürksizmin əsas zərbə dəstəsi imiş və buna görə də Sovet “vətəndaş” müharibəsi vasitəsilə təkcə Bakıda deyil, bütün Qafqazda proletariatın inqilabını müsəlman əksinqilabından xilas etmişdir...

Mart hadisələri barədə S.Şaumyan aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə, onun sədri V. İ. Leninə belə məlumat verirdi: “Zaqafqaziya Sovet hakimiyyəti uğrunda fəal silahlı mübarizə mərhələsinə qədəm qoymuşdur. Üç gün ərzində 30, 31-də və aprelin 1-də Bakıda şiddətli vuruşma getdi. Bir tərəfdən Sovet Qızıl Qvardiyası, Qızıl Beynəlmiləl ordu, bu yaxınlarda yenidən təşkil edə bildiyimiz Qızıl Donanma, erməni milli hissələri (!) vuruşurdular. Digər tərəfdən bir neçə rus zabitinin iştirak etdiyi müsəlmanların “dikaya” diviziyası, Müsavat Partiyasının rəhbərlik etdiyi müsəlman dəstələri... Vuruşmanın nəticələri bizim üçün gözəl oldu. Düşmən tamamilə darmadağın edildi”.

Şaumyanın bu sözləri mart hadisələrinin mahiyyətini açıq şəkildə göstərir. Bu da həqiqətdir ki, mart döyüşlərinin gedişində Danşaksütyun partiyası və Bakı Erməni Milli Şurası bolşeviklərin iştirakı ilə sinfi mübarizəni milli qırğına çevirdi. Bunu Nəriman Nərimanov da təsdiq etmişdir. O, 1923-cü il dekabrın 24-də MK-ya göndərdiyi məktubunda yazırdı ki, 1918-ci ilin martında Bakıda daşnaklaşmış “bolşeviklər”in və vəhşiləşmiş daşnakların azğınlığı üç gün davam etmişdir. Daşnak dəstələri xeyli dinc azərbaycanlı ailəsini qarət etmiş və öldürmüşdür. Hətta iş o yerə çatmışdır ki, Bakı neft sənayeçiləri mədənləri tərk etmişdir. Bu, Bakını erməniləşdirmək, onu öz həqiqi sahiblərindən təmizləmək, zəngin təbii sərvətləri ələ keçirmək kimi mənfur daşnak proqramının tərkib hisslələrindən biri idi.

Ömrü boyu daşnak ermənilərlə və onların bolşevik havadarları ilə mübarizə aparmış, sözün həqiqi mənasında cəngə çıxmış Nəriman Nərimanov ermənilərin məkirli siyasətlərini necə də duymuşdu.

Bu həqiqəti də deyək ki, əgər o vaxt Nəriman Nərimanov Bakıda olmasaydı, daha böyük qırğınlar törədilərdi.

1925-ci ildə dərc etdirdiyi məqalədə N. Nərimanov daşnak bolşeviklərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında deyirdi: “Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir”.

Onlar kefi istədikləri adamı öldürür, evləri dağıdır, yandırır, xaraba qoyurdular. Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə, vandalizmə yol verirdilər. Nəinki kişilərə, hətta qadınlara da rəhm etmirdilər.
Mart qırğınının törədilməsində S. Şaumyanın əsas rol oynadığını N. Nərimanov çox gözəl bilirdi. Bunu çoxları bilirdi. Ona görə də erməni cəlladlarına “Şaumyanın adamları” deyirdilər.

Bakıdakı mart hadisələri ilə bağlı “Bəsirət” məcmuəsi 219-cu nömrəsində yazırdı: “...Bir dəstə daşnak soldatları və bir dəstə Şaumyanın adamları “Cəmiyyət-xeyriyyə”nin qarşısına gəlib o binayı müqəddəsə, o möhtəşəm imarətə, o müəzzəm binaya xainanə bir surətdə od vurdular, onu yandırdılar”.

O dövrdə dərc olunan müsəlman qəzet və məcmuələri erməni daşnaklarının vəhşiliklərini nifrət dolu ifadələrlə qeyd edirdilər.
Mart qırğını təkcə Bakıda yox, Azərbaycanın demək olar ki, bütün bölgələrində törədilmişdi. Şamaxı qırğını Bakı qırğınından geri qalmır. Daşnakların qorxusundan Şamaxı məclisinə toplaşmış insanları vəhşiləşmiş erməni dəstələri məscidə od vurmaqla külə döndərmişdilər.

“Hümmət” qəzeti 42-ci nömrəsində yazırdı: “Aprelin 13-də müsəlman sosialist firqələrinin iclası oldu. Məclisin sədri, himayə komissarı yoldaşımız doktor Nəriman Nərimanov Şamaxıdan gələn müsəlman qaçqınlarından bir dəstəsinin Bakıya varid olduğunu kəmali yəs ilə izhar etdi”.

Bakıda mart qətllərinin cinayətkar başçıları: daşnak T. Əmirov və S. Lalayev Stepan Şaumyan tərəfindən “sosialist” adı ilə Şamaxı “əks-inqilabçıları”na qarşı mübarizəyə rəhbər təyin edilmişdilər.

Məhz bu daşnakların “qırmızı sosialist” dəstələri bütün Şamaxı əhalisinə divan tutdular. Onlar burada 60-dan artıq kəndi dağıtdılar. Şamaxıda Əmiryanın və Lalayanın cinayətkarlığı o qədər həddini aşmışdı ki, hətta bolşevik mətbuatı da o vaxt etiraf etdi ki, Şamaxıda dinc əhaliyə qarşı ədalətsizliyə yol verilmişdir. Törətdiyi cinayətlərə görə isə S. Lalayevi (Lalayan) həbs etdirməkdən S. Şaumyan xilas etmişdi. Belə ki, S. Lalayevin həbs orderini hazırlayan Kojemyaka Stepan Şaumyan bildirmişdi ki, “Lalayevi həbs etmək yaxşı deyil, bu nə hoqqabazlıqdır” Bu bir daha göstərir ki, bütün azərbaycanlılara qarşı aparılan qırğınların başında daşnak məfkurəli bolşevik S. Şaumyan dayanırdı...

Daşnak ermənilər əsl faşist xislətiylə azərbaycanlıları təkcə Bakıda, Şamaxıda yox, Lənkəranda, Şuşada, Gəncədə, Zəngəzurda, Təbrizdə, Xoyda, Urmiyada və başqa yerlərdə də kütləvi surətdə öldürmüş, qətllamlar törətmişdilər.

Haylar mart-aprel qırğınından ruhlanaraq Avropa ölkələrində özlərinə məxsus yalan məlumatlar yayırdılar ki, guya onlar Bakını Birinci Dünya Müharibəsi döyüşlərində alıblar, deməli, Bakı onlarındır. Hələ bu harasıdır, onlar dünyanı inandırmağa çalışırdılar ki, nəinki Bakı, bütöv Azərbaycan onlarındır. Elə qələmə verirdilər ki, guya Azərbaycan Ermənistan dövlətinin bir hissəsi, bir əyalətidir.

Bu həyasızlığa nə ad verəsən?! Axı, həyasızlığın da bir ölçüsü olmalıdı. Görünür, erməni kütləsində belə bir ölçü hissi yoxdur və heç olmayıb da...

1918-ci ildə gəlmələr – “Şaumyan adamları” öz vətənlərində azərbaycanlıları qanlarına qəltan etdiyi bir vaxtda, Türkiyə ərazisindən satqınlığına, murdarlığına görə türklər tərəfindən təkqulaq edilmiş Andronik öz quldur dəstəsiylə azərbaycanlıların tarixi ərazisi olan Naxçıvana, Zəngəzura, Göyçəyə və sairə yerlərə soxuldu. Andronik bütün Türk dünyasının, müsəlman aləminin quduz düşməni idi. Yüzlərlə kəndləri, yaşayış yerlərini viranə qoydu quldur Andronik, quldur Dro, quldur yanlar...
Maraqlısı odur ki, demə, Bakıda qərarlaşmış bolşevik Şaumyan minlərlə azərbaycanlını məhv edən quldur Androniklə birgə hərəkət edirmiş. İyulun əvvəllərində Andronikə teleqram vuran Şaumyan onu xalq qəhrəmanı adlandırır və onunla fəxr etdiyini bildirir...

Görünür, hər iki quldur Böyük Ermənistan yaratmaq məqsədilə biri şimaldan, biri də cənubdan Azərbaycanı işğal etmək istəyirmişlər. Ancaq quldurların məkrli istəkləri baş tutmadı...

Uzun bir dövr SSRİ məkanında çox tarixi hadisələr kimi 1918-ci il mart qırğını haqqında da həqiqət təhrif olunmuş, erməni daşnaklarının 10 minlərlə azərbaycanlıları vəhşicəsinə öldürmələrini bir qrup əks inqilabçının qızıl qvardiyalar tərəfindən darmadağın edilməsi kimi qələmə vermişlər. Həqiqəti bilənləri isə doğru-düzgün yazmağa qoymayıblar, təşəbbüs göstərənləri isə cismani və mənəvi cəhətdən məhv ediblər...

Azərbaycan Demokratik Cümhuriyyəti bir milli dövlət kimi mart qırğınına siyasi qiymət verdi və bu qırğının səbəblərini, günahkarlarını araşdırmaq üçün komissiya da yaratdı. Ancaq çox keçmədi, bolşeviklər XI Qızıl Ordunun (işğalçı ordunun – M.Q.) köməyi ilə Azərbaycanı işğal etdilər.

Həqiqət qaranlıqda da nur parçasıdır. Qara buludlar onu nə qədər qoynunda saxlasa belə həqiqət nuru qaranlıqları yarıb üzə çıxacaqdır.

1991-ci ilin oktyabrın 18-də xalqımız müstəqillik əldə etdi. Böyük azərbaycanlı Heydər Əliyev tariximizin, xüsusən də XIX-XX əsrlərin tarixini doğru-düzgün araşdırmağı tarixçilərə tövsiyə etdi. Ölkə rəhbəri çox haqlı olaraq qeyd edirdi ki, o dövrün tarixinin həqiqət fonunda yazılması tarixçilərin yox, siyasi sistemin, ağır rejimin günahıdır...

1998-ci il mart ayının 26-da milli qayəli prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” adında bir fərman verdi. Həmin fərmanda deyilirdi: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhriv edilmiş hadisələr özünün əsl qiymətini alır”.

Müstəqillik dövründə çox həqiqətləri üzə çıxara bildik. Azərbaycan xalqı dostu ilə düşmənini bir daha tanıdı. Şaumyanların, mikoyanların, balayanların və bir çox “yan”ların iç üzləri açıldı.

Hər il xalqımız 31 mart soyqırımını qeyd edir. Bu azdır. 1918-ci il 31 mart soyqırımının beynəlxalq aləmdə tanıdılması bu gün qarşımızda duran ən vacib məsələlərdəndir. Kütləvi insan qırğınını törətmiş düşmənlərimiz indi bütün dünyaya car çəkərək türkləri soyqırım törətməkdə ittiham edirlər. Biz tarixçilər bu amilləri nəzərə almalı, ermənilərin əsrlər boyu həmvətənlərimizə bəslədiyi münasibətin antiinsaniliyini bəşəriyyətə sübut etmək üçün fundamental əsərlər ortaya qoymalıyıq. Belə olmasa, məkrli ermənilər nəinki 1918-ci il mart qırğınına, hətta 1992-ci il Xocalı soyqırımına da istədiyi donu geydirə bilərlər. Necə ki, uzun illərdir gecə-gündüz buna cəhd edirlər.

Ermənilərin ifşasını göstərən tarixi faktları biz dünyaya bu gün də bəyan etməliyik. Yoxsa gələcək nəsillər bizi bağışlamaz...

MUSA QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Əməkdar müəllim

Bütün xəbərlər Facebook səhifəmizdə