Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin SİA-ya müsahibəsini təqdim edirik:
- Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər çərçivəsində müsbət ifadələr səsləndirməsi nəyin göstəricisi idi?
- İlkin olaraq açıqlama verilmişdi ki, Lavrovun Azərbaycana səfərinin məqsədi ötən ilin fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik sazişinin ildönümü ilə bağlı səfərdir. Təbii ki, biz buna inanmadıq. Bildiyimiz odur ki, Rusiya xarici işlər naziri Azərbaycana yeni təkliflərlə gəlib. Söhbətlərin işində bizə məlum olanı da var ki, cənab İlham Əliyev Azərbaycan dövlətinin milli və dövlət maraqlarını hansı qapı arxasında söhbət aparmasından asılı olmayaraq heç vaxt güzəştə getməyəcək. Düşünürəm ki, Rusiyanın hansı təklifləri irəli sürməsi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Amma məlum oldu ki, Lavrov Azərbaycandan sonra Ermənistana səfər etmək niyyətindədir. Bu bizim şübhələrimizi bir daha təsdiqlədi. Əgər səfər 1 illik müqavilə üçündürsə niyə buradan sonra Ermənistana gedir? Deməli Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasında Rusiyanın yeni bir təklifi var və bu təklifin nə olduğunu yəqin ki, yaxın günlərdə görəcəyik.
- Sizim ehtimalınız varmı ki, təkliflər nədən ibarətdir?
- Rusiya xarici işlər nazirinin Azərbaycana gəlməsi müsbət haldır. Bu xalq, Rusiyada yaşayan azərbaycanlılar üçün də maraqlıdır. Lavrov bir şeyi qeyd etdi ki, “Biz Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində digər dövlətlərin və təşkilatların atdığı addımları dəstəkləyəcəyik”. Bu isə inandırıcı deyil. Artıq Rusiyanın Ermənistandakı təsiri zəifləyib və buna görə də Rusiya təsiri diriltmək üçün nə isə edə bilər.
- Son günlər rus sülhməramlılarının Xankəndində yaratdığı qondarma icması var idi. Lakin sonra məlum oldu ki, orada 44 rus var imiş və daha sonra onlar oradan çıxarılıb. Bununla yanaşı deyirlər ki, orada əcnəbilər də var imiş. Onları da ordan çıxartdılar. Bütün bunlar nəyə işarədir?
- Siz dediyiniz o 44 nəfər rusun və əcnəbilərin oradan çıxarılması təsadüfi deyil. Belə hesab edirəm ki, Azərbaycanın bizim bilmədyimiz şəkildə qəti tələbləri var və lazım gəldikdə gələcək günlərdə anti-terror keçirmək niyyəti var. Bu baxımdan da rus sülhməramlılarının və əcnəbilərin təhlükəsizliyi məqsədilə onları Xankəndindən çıxardırlar.
- Ötən həftə Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında görüş keçirildi. Bu görüş barədə nə deyə bilərsiniz?
- Bu Xankəndində ekofəalların məsələsi ilə bağlı müzakirə idi. Eyni zamanda bilirsiniz ki, Xocalı və Xocavənddə yaşayan erməni etnik azlıqlarına, qazın, internetin, telefonun verilməsi Ermənistan vasitəsilədir. Onlarda bir problem var və günahı Azərbaycanda görürlər. Guya Azərbaycan onları donmağa vadar edir, qaz, işıq, telefon alma imkanlarını məhdudlaşdırır. Bu danışığın nəticəsi o oldu ki, bu xəttin Azərbaycanla əlaqəsi yoxdur. Bu müzakirə həll yolunu tapdı.
- Xankəndində Azərbaycan polis mayoru ermənilərlə görüşdü. Bu barədə nə deyə bilərsiniz?
- Hələlik bu görüş haqqında əlimizdə elə bir məlumat yoxdur. Belə görüşün olması baş veribsə bu ictimaiyyələşməlidir. Biz də gözləntilərimizi gözləməliyik ki, ermənilər nə dedi, ağıllanırlar, Azərbaycan vətəndaşlarını qəbul edirlər yoxsa buradan çıxıb getmək istəyirlər? Bu istiqamətdə olan danışıqların məxfi olmayan hissəsini Azərbaycan vətəndaşları bilməlidir. Əgər belə bir danışığı Rusiya tərəfi təşkil edibsə mənə elə gəlir ki, burada bir işarə var.
Nurcan İsmayılova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB