TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Van gölünün adaları, xüsusilə ikinci böyük adası Akdamardan və buradakı kilsədən danışırıq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin şərqi dağlar və sıldırım qayalarla əhatə olunub. Ölkənin ən böyük gölü Van da bu bölgədə yerləşir. Van gölü dəniz kimi genişdir, Türkiyənin ən böyük gölü və eyni zamanda, dünyanın ən böyük soda gölüdür.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Van gölünün adaları, xüsusilə ikinci böyük adası Akdamardan və buradakı kilsədən danışırıq.

Van gölündə dörd ada var. Ən böyüyü Adir adasıdır. Göldə monastır, kilsə və ibadətgahların qalıqları görünür. Bura minlərlə qağayının çoxaldığı yerdir, amma adada bu gün kimsə yaşamır.

Van gölünün ikinci böyük adası Akdamardır ki, burada orta əsr erməni memarlığının bir nümunəsi mövcuddur.

Akdamar adası ilə bağlı belə bir rəvayət var. Qədim zamanlarda adanın bu tayında bir rahibin Tamara adlı qızı var idi, o tayda isə kənddə balıqçılıqla dolanışığını təmin edən bir gənc yaşayırdı. O, balıq tutar, sonra saatlarla üzərdi. Belə günlərin birində gənc adanın sahilinə üzür və orada Tamaranı görür. Oğlan gözünü qızdan, qız da ondan çəkə bilmir. Beləliklə, onlar hər axşam sahildə gizli görüşməyə başlayırlar. Tamara yerini göstərmək üçün sahilə şamla gəlirmiş. Onu pusan atası dalğalı bir gecədə şamı götürüb sahilə gedir. Şamın işığını görən gənc Tamaranın gəldiyini düşünərək suya atılır, üzməyə başlayır. Rahib durmadan hərəkət edir, yerini dəyişir və oğlan sağa-sola üzməkdən yorulur, taqətdən düşür, “Ah Tamara” deyərək dalğalara təslim olur və ölür. Həmin gündən ada gəncin son sözləri olan “Ah Tamara” adlandırılmağa başlayır.

Rahib obrazı bu adada yüz illərdir kilsənin olduğu varlığından xəbər verir. Vaspurakan sülaləsinin kralı kilsəni həqiqi xaçın bir parçasını yerləşdirmək üçün tikdiyinə görə Akdamar kilsəsini Müqəddəs Xaç Kilsəsi adlandırıb.

Kilsə dördyarpaqlı yoncaya bənzəyən xaç planda qırmızı tuf daşından tikilib. “Tövrat” və “İncil”dən relyef formalı heykəllərlə bəzədilib. Burada Yunus peyğəmbərin dənizə atılması, Həzrət Məryəm və qucağında İsa, Davud peyğəmbərin Qolyatla (Goliath) mübarizəsi, Adəm və Həvvanın qadağan olunmuş meyvəni yeməsi və o cümlədən saray həyatı, ov səhnələri, insan və heyvan fiqurlarına rast gəlinir.

Erməni kilsələri arasında ən təmtəraqlısı olan Akdamar kilsəsi daş işçiliyii baxımından orta əsr erməni memarlığının ən qiymətli əsərlərindən sayılır, ondan "zərgər işi" kimi bəhs edilir. Kilsənin xarici görünüşündə zəngin motivlər və incə daş işləmələri var.

İnteryerdə freskalar, yəni divar rəsmləri var. Amma əsrlər boyu zamanın və təbiətin vurduğu ziyan şəkilləri bir az pozub. Freskalarda İsanın səmaya yüksəlməsi, çarmıxa çəkilmə və məzardakı müqəddəs qadınlar mövzuları həkk olunub. Bu divar rəsmləri bölgədəki ilk nümunələrdən olduğu üçün xüsusi əhəmiyyət kəsb edir və Akdamar kilsəsi UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə